Mərkəzi Afrika Respublikasında tanınmış filosof Heydər Camalın oğlu – jurnalist Orxan Camal, həmçinin operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüblər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, onlar ölkəyə sənədli film çəkmək üçün gəliblər.

Çəkiliş qrupunun üzvlərinin ölüm faktını artıq BMT-nin MAR-dakı missiyasında da doğrulayıblar.

Qaynaq bildirib ki, rusiyalılar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Sonra nə baş verdiyi bilinmir.

Mənbələrin bildirdiyinə görə, öldürülənlərin cəsədləri şəhərdən 23 kilometr aralıda aşkarlanıb.

Onların mümkün qatilləri və hansı səbəbdən öldürülmələri ilə bağlı açıqlama verilmir.

Orxan Camalın ölümünü onun dostu Maksim Şevçenko da doğrulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın