Həccə gedəcək azərbaycanlı zəvvarlara vizaların verilməsi gecikir

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara Səudiyyə Ərəbistanı Krallığı tərəfindən vizaların verilməsi gecikdirilir.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, krallığın Azərbaycandakı səfirliyi tərəfindən vizaların verilməsinə iyulun 10-dan başlanacağı bildirilsə də, sonradan məsələ 5 gün təxirə salınıb. İndi isə vizaların iyulun 20-dən etibarən veriləcəyi deyilir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) onu da əlavə ediblər ki, hazırda cəmi 50 boş zəvvar yeri qalıb ki, bunlar da ancaq VİP ziyarət növü üçün nəzərdə tutulanlardır.

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən məsələyə münasibət bildirmək istəməyiblər.

Xatırladaq ki, ötən ilə qədər zəvvarlara vizaların verilməsi daha erkən tarixdən başlayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir