Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.

Əhalidən xahiş olunur ki, sosial şəbəkələrin işləməməsini anlayışla qarşılasınlar. Cəbhədəki gərgin vəziyyətlə əlaqədar internetin verilişində məhdudiyyətlər ola bilər.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatları ilə bağlı xalqa müraciətində Ermənistanın niyyətləri barədə ölkə ictimaiyyətini məlumatlandırıb. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, bu gün səhər 06:00 radələrində Ermənistan silahlı bölmələri cəbhəboyu zonada mövqelərimizi və mülki insanları artilleriya qurğularından atəşə tutub. 

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirilir. 

“Bu əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə H.Hacıyev əlavə edib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan əhalisi arasında yüksək əhval-ruhiyyə var. H.Hacıyev Azərbaycanda internetə girişin məhdudlaşdırılmasından da söz açıb: 

“Bu, müvəqqəti xarakter daşıyır. Hərbi reallıqda, güman edirik ki, əhali bunu anlayışla qarşılayacaq”. O ictimaiyyətə müraciətində qeyd edib ki, yalnız rəsmi məlumatlara inansınlar. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın