Həsən Ruhani Trampın qərarına qarşı çıxan Avropaya təşəkkür etdi

Tehran ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qəbul etməyən Avropa ölkələrinin mövqeyini təqdir edir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Mehr” agentliyinə istinadən bildirir ki, bu sözləri İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib.

“Avropa ABŞ-ın İran barəsində mövqeyinə qarşı durur, baxmayaraq ki, uzun müddətdir Vaşinqtonun müttəfiqidir”, – agentlik prezidentdən sitat gətirib.

O vurğulayıb ki, İran Avropadan öncəki kimi nüvə sazişinin saxlanılmasına yönəlik addımlar gözləyir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyaları bərpa edib. Sanksiyalar bu gün Bakı vaxtı ilə saat 08:00-də qüvvəyə minir.

Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian, onun Britaniyadan olan həmkarı Ceremi Xant, Almaniyanın xarici işlər naziri Xayko Maas, həmçinin Avropa Birliyinin diplomatiyasının başçısı Federika Mogerini bu qərarla bağlı təəssüfünü ifadə ediblər. Bəyanatda vurğulanır ki, Avropa Birliyi avqustun 7-dən qüvvəyə minəcək İranla bağlı Amerika sanksiyalarından Avropa şirkətlərini qoruyacaq reqlamenti aktivləşdirir.

İsrailin baş nazir İsrail Benyamin Netanyahu isə Avropa ölkələrini ABŞ-ın ardınca İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

“Mən İran barəsində sanksiyaların tətbiqi ilə bağlı ABŞ prezidenti Donald Trampın və Amerika administrasiyasının önəmli qərarını alqışlayıram. Mən Avropa ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıram. Danışıqların vaxtı keçdi, hərəkət etməyin vaxtı gəldi”, – o deyib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir