Gürcüstan Respublikasının baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və kənd təsərrüfatı naziri Otar Daneliya istefa verib.

Hər iki nazir parlament seçkilərinə qoşulmaq üçün “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından deputatlığa namizədliyini irəli sürüb. Qanunvericiliyə görə, seçkilərə qatılan deputatlığa namizədlər öz tutduğu vəzifələrindən istefa verməlidir.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə,  “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi olan K. Kaladze proporsional siyahı üzrə ikinci yerdədir. Elə buna görə, o, vəzifəsindən istefa verməlidir. Partiyanın sədri Giorgi Kvirikaşvili  isə siyahı üzrə birinci yerdə olduğuna görə, həm də ölkənin baş naziri olduğuna görə seçkilərdə iştirak edəcək və tək vəzifəli şəxs olaraq öz postunu tərk etməyə bilər.

Bu gün axşam “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası özünün seçki proqramını təqdim edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın