Gürcüstan hökumətinin qərarına görə, 200 kilovat elektrik enerjisi və 200 kubmetr təbii qazdan az istifadə edən abonentlərin kommunal xərcləri 3 ay müddətinə dövlət tərəfindən ödəniləcək. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Georgi Qaxariya bu gün keçirilən hökumətin toplantısında bildirib.

O vurğulayıb ki, koronavirus ölkə iqtisadiyyatına güclü zərbə vurub, gələcəkdə isə iş yerlərinin itirilməsinə gətirib çıxara bilər. Hökumət ilk növbədə əhalinin qorunması üçün əlindən gələni edəcək.

“Bura təmizlik və su üçün xidmət haqları da daxildir. Bu yardım isə hər bir vətəndaşa şamil olunur. Lakin biz anlayırıq ki, bu kifayət deyil”, – deyə Qaxariya qeyd edib.

Baş nazir vurğulayıb ki, indi hökumət kimlərin öz iş yerlərini itirdiyini araşdırır və bundan sonra bu şəxslərə yardım məqsədilə özəl işlər görüləcək.

Qeyd edək ki, bu günə olan məlumata görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatıb. Bu ölkədə koronovirusdan sağalan şəxslərin sayı 22 nəfərdir. Daha 5106 nəfər karantində, 294 nəfər isə həkimlərin birbaşa nəzarətində saxlanılır.

Gürcüstanda Koronavirus (COVID-19)

Gürcüstanda koronavirus (COVID-19) pandemiyasından ikinci ölüm halı qeydə alınıb. Həmin şəxs 81 yaşlı qadındır. 

Qonşu ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb: ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölmüşdü. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndi virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 milyon 200 min nəfəri keçib, 64 mindən çox adam isə virusdan ölüb.

Ümumdünya Səhiyyə Qurumu (ÜSQ) fevralın 11-də infeksiyanın adını “COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın