Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliyə münasibət bildirib.

Gürcüstanın prezident Administrasiyasının bəyanatında Zurabişvilinin baş verənlərə görə rahatsızlığı əks olunub. Bəyanatda deyilir: 

“Bu gün biz görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda barış və güvənlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün önəmlidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın