Göteborq pis ot örtüyünə görə Qarabağdan UEFA-ya şikayət etdi

Avropa Liqasının pley-offunun Bakıda keçirilən cavab qarşılaşması zamanı Ağdamın “Qarabağ” futbol klubuna 3-0 uduzan İsveçin Göteborq klubu Tofiq Bəhrəmov adına Respublika Stadionunun ot örtüyünün pis durumda olması ilə bağlı UEFA-ya şikayət edib.

Bildirildiyinə görə, Göteborqun iki futbolçusu – Mikael Boman və Soren Riks meydanda olduqları vaxt zədələnib. İsveçlilər hesab edir ki, bütün olanlar stadionun qazonu pis olduğuna görə baş verib.

“Mən topa zərbə vurmaq istəyərkən ayağım qazona ilişib qaldı. Bu mənim karyeramda oynadığım ən pis ot örtüyü idi. Qarabağ futbolçularının belə bir qazonda oynaya bilməsi məni çox heyrətləndirdi”, – deyə Boman bildirib.

Göteborq rəhbərliyi oyundan sonra yazılı formada öz şikayətini bildirib: “UEFA-nın xeyli sayda qaydaları var, ancaq nədənsə oyunu yaxşı qazonda keçirməklə bağlı qayda yoxdur”, – deyə İsveç klubunun idman direktoru Mats Qren bildirib.

Bu arada Göteborqun baş məşqçisi Frank Andersson bildirib edib ki, qazon onun komandasının məğlubiyyətinin əsas səbəbi deyil, lakin yenə də şikayətin verilməsi barədə qərar qəbul edildi.

Xatırladaq ki, rusiyalı hakim Vladislav Bezborodovun idarə etdiyi oyunda Qarabağlılar sözün əsl mənasında Göteborqa futbol oynamağı öyrətdi. İki oyunun nəticəsinə görə 3-1 öndə olan “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib. J qrupunda təmsilçimizin rəqibləri “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Liberets, Çexiya) komandaları olacaq.

Qrupların tərkibi:

A qrupu B qrupu C qrupu D qrupu
“Mançester Yunayted” “Olimpiakos” “Anderlext” “Zenit”
“Fənərbağça” APOEL “Sent-Etyen” AZ
“Feyenoord” “Yanq Boyz” “Maynts” “Makkabi”
“Zarya” “Astana” “Qəbələ” “Dandolk”
E qrupu F qrupu G qrupu H qrupu
“Viktoriya” “Atletik” “Ayaks” “Şaxtyor”
“Roma” “Genk” “Standard” “Braqa”
“Austriya” “Rapid” “Selta” “Gent”
“Astra” “Sassuolo” “Panatinaikos” “Konyaspor”
İ qrupu J qrupu K qrupu L qrupu
“Şalke” “Fiorentina” “İnter” “Vilyarreal”
“Zalsburq” PAOK “Sparta” “Styaua”
“Krasnodar” “Slovan” “Sautgempton” “Sürix”
“Nitsa” “Qarabağ” “Hapoel” “Osmanlıspor”

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir