Unutmayacağıq ki, Azərbaycan hər zaman Gürcüstanın yanında olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, APA-nın məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan səfirliyinin Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə təşkil etdiyi rəsmi qəbulda çıxışında deyib.

Baş nazir vurğulayıb ki, ötən il Gürcüstanın Borjomi bölgəsində baş vermiş meşə yanğının söndürülməsində Azərbaycanın göstərdiyi yardımı gürcü xalqı heç zaman unutmayacaq. G.Kvirikaşvili Azərbaycan xalqını Respublika günü və ilk respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib:

“Təəssüflər olsun ki, 100 il öncə hər iki respublikanın müstəqilliyi qısamüddətli oldu. Lakin demokratiya tarixində hər iki ölkə iz qoya bildi. Gürcüstan və Azərbaycan arasındakı yoldaşlıq və qardaşlıq münasibətlərinin yüz illik tarixi var və bu münasibətlər daha da inkişaf etdirilir”.

Baş nazir Gürcüstan və Azərbaycan arasında olan münasibətləri nümunəvi adlandırıb:

“Hər iki dövlətin iştirakı ilə həyata keçirilən genişmiqyaslı iqtisadi layihələr bölgəmizdə barış və sabitliyə qulluq edir. Bölgədə həyata keçirilmiş Bakı-Tbilisi-Qars və TANAP kimi önəmli layihələr Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin uğurudur. Ümid edirik ki, bu layihələr bölgənin önəmini daha da artıracaq”.

İki ölkə arasında iqtisadi münasibətlərə toxunan G.Kvirikaşvili bu münasibətləri dinamik adlandırıb:

“Azərbaycan Gürcüstanın ən böyük investoru və başlıca ticarət tərəfdaşlarından biridir. İqtisadi əməkdaşlıq münasibətləri dinamik inkişaf etməkdədir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın