Gələcəyin Musiqisini Keçmişin Gözlərində Görmək

Gələcəyin musiqisini keçmişin gözlərindən görə bilmək istərmisiniz? O halda həm texnologiya, həm də dizaynı bacaran sənətçinin həyat hekayəsinə bir göz ataq.

Jean Michel Jarre – Qabaqcıl bir elektronik musiqi sənətçisi. Bəstələrində elə də çox söz işlətmir. Çünki sözlər olmadan musiqi daha tanıdan, daha açıq ola bilər. Bizə daha gözəl hekayələr anlata bilər.

Jarre gəncliyində rəsimlə maraqlanmış, satdığı rəsimlərlə özünə musiqi alətləri almışdı. Çünki musiqiylə də bir rəssam ola bilərsiniz. Tuvalinizə frekansları, səsləri yerləşdirib, qulaqları doyura bilərsiniz. İndi gözlərinizi bağlayıb bunu dinləyin.

Duyduğunuz bu səslər analoq bir səs sintezləyicisində – bir sintezatorda yaradılmışdır. Bir rəssamın elektronik altlıqları. Boşluğa vurulan fırça zərbələri kimi. Kosmos genişliyində bir altlığı boyayır. Bu səslər 1976-dan gelir, Jean Michel Jarre-nin ilk populyar albomu Oxygène-nin birinci bölümünü duydunuz. Amma sizə tanış gələcək olan parça 4-cü bölüm. Bu melodiyalar uşaqlığımın da ilk xatirələri. Kosmos, kainat, elm, teknologiya kimi danışıqların fon musiqisi…

80-lərdə bu tərz bir “sound” çox yayılmış deyildi. Ona görə də kimiləri Jean Michel Jarre üçün elektronik musiqinin Motsartı deyir. İndi də bunu dinləyin. Klassik barok musiqidən təsirlənmədiyini kim söyləyə bilər?

Çin Xalq Respublikasına konsert vermək için dəvət edilən ilk Qərbli musiqiçi kimdir deyərsiniz? Burada da maraqlı hekayələr var. 1981-də Pekində verdiyi ilk konsertdə bütün hazırlıqlar aparılır. İdman salonunun ortasına alətlər yerləşdirilir. Kabellər bağlanır. Öndə protokol var, çünki salonun çoxunu rəsmi işçilər doldurmuş. Tam konsertə başlayacaqlar. Salonun elektrik təsisatının yetərli olmadığı anlaşılır. Bütün alətlər elektronik olduğundan daha çox gücə ehtiyac var. Nəysə ki, protokoldakı yönəticilərin də yardımıyla yaxın məhəllələrin elektriki kəsilib salona güc verilir və nəhayət konsert başlayır. Başlamağına başlayır da, problemler bitmir. Konsertin ortasında salonun yarısı birden bire boşalır. Çünki o dönəmdə Pekindəki bələdiyyə avtobusları saat 10-a qədər işləyirdi. Nəysə bu konsertdəki qoşulma azlığı sizi çaşdırmasın. Birazdan durumun tam tərsinə dönəcəyini görəcəksiniz.

Bu gördüyünüz albomun dünyada sadəcə bir kopyası var və kimdə olduğunu heç kim bilmir. “Supermarketlər üçün musiqi” adlı bu albom bir sənətin təsiriylə alış-veriş çılgınlığına vurğu etmək üçün bəstələnmişdi və açıq artırmayla satışından sonra Jarre-nin özü tərəfindən bütün original yazıları yox edildi. Yaxşı, biz necə dinləyə bilirik? Yox edilmədən öncə sadəcə bir dəfə Luksemburq radiosunda yayınlandı və Jarre heyranları bu radio yayınını köçürdənlərdən parçaları toplayıb YouTube-da demək olar bütün albomu yayınladılar. Səs keyfiyyəti çox alçaqdır, çünki radio kanalı o zamanlar FM deyil, AM bandından yayınlanırdı.

İndi sizə bəlkə də həyatınızda duyabiləcəyiniz ən dramatik etnik musiqi parçalarından birini dinlədəcəyəm: Zoolook. Heyvanların gözündən dünyaya baxış.

1985 Jarre ve Texaslılar üçün önəmli bir tarix. Əyalətin 150-ci və Hyustonda bir uçuş mərkəzi olan NASA-nın da 25-ci quruluş ildönümü. Hyustonun bir özəlliyi var. Şəhərdə yeni bir uca bina tikilməsi üçün daha öncəkilərə bənzəməməsi gərəkdir. Dolayısıyla şəhərin təsirli bir görünüşü yaranmışdır. Bundan da faydalanıb bütün şəhəri bir sənət əsərine çevirmək üçün nə gərəkdir? 2000 ədət proyektor, 370 metrə yüksəkliyində böyük ekranlar, hava fişəngləri, lazerlər və təbi ki, Jean Michel Jarre. Hə, bir də 1,5 milyona yaxın izləyici. Hyustondaki bu konsert o tarixte Guinness Rekordlar Kitabına en çox izləyicisi olan konsert şəklində düşdü və bu rekord daha başlangıc idi.

Jarre konsert hazırlıqlarında Hyustonlu astronavtlarla da çalışdı. Bunlardan biri keçmişdə bir saksafonçu olan astronavt Ronald McNair idi. Ron ve Jarre konsertdə çalınacaq Rendez-vous adlı parçalardan sonuncusunu birlikdə hazırlamağa qərar verdilər. Canlı yayında Jarre sintezator çalarkən Ron da kosmosdan saksafonuyla onu müşayət edəcək, beləliklə bir yandan da cazibə qüvvəsi olmayan yerdə bir yoxlama aparılmış olacaqdı. Olacaqdı deyirəm, çünki bu yoxlamanı hiç bir zaman aparmaq olmadı. Çünki Ronun mindiyi kosmos raketinin adı Challenger idi və uçduqdan az sonra partlayaraq parçalara ayrıldı. Son görüş gerçəkləşə bilməmişdi.

Konsertlər və bunların maraqlı hekayələri davam etdi. İngiltərə doklarında, buz kimi bir havada üzən platformaların üzərində… Mexikoda Teotihuacan piramidalarının yanında günəş tutulması sırasında… Gəlki bu konsert gerçəkləşə bilmədi, çünki avadanlıqları daşıyan kargo gəmisi Atlantik okeanında batdı. Parisdə verdiyi konsertə 2 milyon, Moskvada verdiyi konsertə 3,5 milyon izləyici qoşulduğunda iki dəfə daha dünya rekordunu yeniləmiş oldu.

Maraqlı zamanlarda, maraqlı məkanlarda konsert verən bu adamın bir konsertine qoşulmağı hər zaman istəyirdim. Ən çox da 31 dekabr 1999 gecəsi konsertini verəcəyi yeri duyduğumda… Yeni mileniuma keçərkən verəcəyi konsertin məkanı olaraq Misirdəki piramidaları seçmişdi. Heyif ki, bunu da qaçırdım. Amma 10 il sonra İstanbula gəldiyində mən də oradaydım və bu görüntüləri yazdım.

Jarre-nın yaşamında musiqi, sənətkar performanslarla yanaşı teknologiyanı da tapa bilərsiniz. Misal üçün, telləri lazerdən olan bir instrument xəyal edin: Laser Harp. Ya da iki antenaya heç toxunmadan əllərinizlə yaratdığınız titrəşimlərlə çalabildiyiniz bir instrument: Theremin.

2004-də dünyanın ilk 5.1 ekoloji səs sistemlərinə uyğun musiqi albomunu satışa çıxartdı. DVD formatında yazılmış bu albomu bir yandan dinlərkən bir yandan da Nikita filminin baş rol oyunçusunun gözlərini izləyə bilərsiniz. 1 saat 12 dəqiqə boyunca… Gələcəyin musiqisini keçmişin gözlərindən görə bilərsiniz.


Jean Michel Jarre – Aero (Bütün albom)

Qaynaq: WEB Dizayn Studiyası

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir