FIFA milli komandaların növbəti reytinq cədvəlini yayımlayıb. Reytinq cədvəlində futbol üzrə Azərbaycan milli komandası 88-ci yerə qədər irəliləyib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Azərbaycan millisi siyahıda ötən ayla müqayisədə 45 addım irəliləyib.

Sentyabr siyahısında 133-cü yerdə qərarlaşmış Robert Prosineçkinin yönəltdiyi komanda bu dəfə 404 xalla 88-ci pillədə yer alıb. Milli komanda 2018-ci Dünya Çempionatının seçmə qrup mərhələsində San Marinonu səfərdə, Norveç yığmalasını isə evdə 1:0 hesabı ilə udub. Çexiya ilə səfər oyununda isə qolsuz heç-heçə əldə edən milli komandamız ardıcıl 3 oyunda qapısından qol buraxmayaraq 7 xal toplamağı bacarıb.

Azərbaycanın seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya yığması 1 pillə irəliləyərək 1465 xalla 2-ci yerə yüksəlib. 6 pillə geriləyən Şimali irlandiya 739 xalla 36-cı, 11 pillə geriləyən Norveç 438 xalla 81-ci, 7 pillə geriləyən Çexiya 663 xalla 40-cı pillədədir. Aktivində 17 xal olan San Marino yığması isə 201-ci pillədə qərarlaşıb.

Dünya Çempionatı 2018-ə ev sahibliyi edəcək Rusiya yığması 594 xalla 15 pillə geriləyərək 53-cü pillədə dayanıb. 4 pillə geriləyərək 25-ci olan Türkiyənın aktivində isə 843 xal var. Siyahıya yenə Argentina yığması başçılıq edir. Bu komandanın hesabında 1621 xal var. İlk “3-lüy”ü 1410 xalla 1 pillə irəliləyən Braziliya qapayır.

FIFA növbəti reytinq cədvəli noyabrın 24-də yayımlayacaq.

Qeyd edək ki, DÇ-2018 seçmə mərhələsinin C qrupunda yalnız Almaniyadan geri qalmaqla ikinci pillədə qərarlaşan millimizin sıradakı rəqibi Şimali İrlandiya yığmasıdır.

DÇ-2018 – Seçmə Mərhələsi – C Qrupu

1. Almaniya 3-0-0 8:0 9
2. Azərbaycan 2-1-0 2:0 7
3. Şimali İrlandiya 1-1-0 4:0 4
4. Norveç 1-0-2 4:5 3
5. Çexiya 0-2-1 0:3 2
6. San-Marino 0-0-3 1:9 0

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın