Futbol üzrə Çempionlar Liqasının ilk finalçısı: Yuventus (İtaliya)

Futbol üzrə Çempionlar Liqasında 2016-2017 mövsümünün ilk finalçısı müəyyənləşib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bu, İtaliyanın “Yuventus” klubudur.

Turin təmsilçisi Fransa “Monako”sunu səfərdə olduğu kimi, evdə də məğlub edib. Ancaq bu dəfə “knyazlıq təmsilçisi” 19 yaşlı hücumçusu Kilian Mbappenin qolu ilə yekun hesabın 2:0 olmasına imkan verməyib.

2 ildən sonra finala yüksələn Qoca Sinyoranın rəqibi yenə İspaniya təmsilçisi olacaq. Fərq isə ondadır ki, “Juve” “Barselona” deyil, “Real Madrid” və ya “Atletiko” ilə üz-üzə gələcək. Paytaxt təmsilçilərinin “Santyaqo Bernabeu” stadionunda keçirilmiş ilk görüşündə “kral klubu” qələbə qazanıb – 3:0. Cavab görüşü bu gün olacaq.

Qeyd edək ki, “Yuventus” 2014-2015 mövsümündə finalda “Barselona”ya 1:3 hesabı ilə uduzub. Bu dəfə həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki “Millenium” stadionunda olacaq.

Çempionlar Liqası, Yarımfinal, cavab oyunu (9 may 2017)

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa) – 2:1

Qollar: Mario Mancukiç, 33. Dani Alveş, 44 – Kilian Mbappe, 69
Baş hakim: Born Keypers (Hollandiya)
Turin. “Yuventus Stedium”


Juventus #ItsTime for Cardiff

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir