Fransada Azərbaycan yazıçısı Nəriman Nərimanovun “Bahadır və Sona” kitabının tanıtımı olacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, fransız dilində çap olunmuş kitabın tanıtımı 19 aprel tarixində Strasburq şəhərində keçiriləcək.

Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona”da yazıçı millətlər arasında yoldaşlıq və həmrəyliyin önəmliliyini göstərir. Romanda xalqlar arasında çaxnaşmaların nəticəsində ən səmimi və ən müqəddəs sevgi necə yox edildiyi göstərilir.

Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində çap olunub. “Kəpəz” nəşriyyat evinin Azərbaycan yazıçılarının əsərlərini fransız dilində nəşr etməkdə əsas məqsədi zəngin ədəbiyyatımızı fransalı oxuculara daha yaxından tanıtmaqdır.

Romanı fransız dilinə Elvin Abbasbəyli çevirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın