Fransa Prezidenti Emmanuel Makron Kürdlərə Yardım üçün Münbiçə Qoşun Göndərir

Fransa hökuməti Suriya kürdlərinə yardım məqsədilə Münbiç bölgəsinə qoşun göndərilməsi haqqında qərar qəbul edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Parisien” qəzeti “Suriya Demokratik Güclərinin” (SDF) Parisdəki elçiliyinə qaynaqlanaraq yayıb.

Martın 29-da SDF elçiliyi Fransa prezidenti Emmanuel Makronla görüşüb. Elçiliyin başçısının sözlərinə görə, Makron, ən yaxın zamanda Münbiçə Fransa ordusunun özəl təyinatlı bölməsinin göndəriləcəyinə söz verib.

Döyüşçülərin sayıyla bağlı bilgilər verilmir. Xəbərdə vurğulanır ki, Fransalı özəl təyinatlılar əməliyyatları ABŞ-ın döyüş komandanlığı ilə birlikdə aparacaq.

Bundan öncə Türkiyə güvənlik şurası kürd özünü-qoruma güclərinin Münbic bölgəsini dərhal boşaltmasını tələb edib.

Ankara xəbərdar edib ki, yaraqlılar bölgədən çıxmazsa, Türkiyə MünbiçdəZeytun budağı”na bənzər irimiqyaslı əməliyyata başlayacaq.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir