Fransa Parlamentindən erməni soyqırımının yalan olduğunu deyənə cəza

Fransa parlamenti “erməni soyqırımı”nın yalan olduğunu dilə gətirənlərə qarşı 1 illik həbs cəzası və ya 45 min avro məbləğində cərimə nəzərdə tutan yeni qanun layihəsini bəyənib. Fransa parlamentinin aşağı palatası hökumətin təqdim etdiyi “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə təklif olunan və uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan düzəlişi qəbul edib.

Fransa parlamentinin qəbul etdiyi düzəlişə görə, “erməni soyqırımı” faktını inkar edənlərə cəza tətbiq ediləcək.  Düzəlişə əsasən qanunu pozanları 1 illik həbs cəzası və ya 45 min avro məbləğində cərimə gözləyir.

Qanun layihəsi baxılmaq üçün Senata təqdim ediləcək.

Bu ilin yanvarında Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kostaya “erməni soyqırımı”nın yalan olduğunu deyənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini işləməyi tapşırıb.

Fransanın erməni qurumlarının Koordinasiya Şurasıyla keçirdiyi ənənəvi illik görüşün gedişatında Olland bu barədə ən tanınmış hüquqşünasa Jan-Pol Kostaya tapşırıq verdiyini qeyd edib. Prezident “erməni soyqırımı”nın inkarı üçün cəza nəzərdə tutan yeni qanun layihəsinin ölkənin qanunverici sistemində ləyaqətli yeri tutacağına ümid etdiyini bildirib.

2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. Ollandın fikirləşdiyinə görə, bunu ermənilərin və fransızların böyük uğursuzluğu adlandırmaq olar: “Əgər yeni qanun Konstitusiya Şurası tərəfindən ləğv edilərsə və ya Fransanın Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavabdehliyi ilə nəticələnərsə, o zaman bu, ölkəmiz və erməni məsələsi üçün dəhşətli bir uğursuzluğa çevriləcək, inkaretmənin qələbəsi olacaq”.

Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisəni “soyqırım” kimi tanıyıb. Ən son keçən ayın bu günündə Almaniya Bundestaqı belə bir qanun layihəsini qəbul etmişdi.

2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası qondarma soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir