Fövqəladə Hallar Nazirliyi “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları ilə bağlı növbəti məlumatı yayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, axtarışlar yüksək dağlıq ərazidə çətin meteoroloji durumda aparılır.

Bugündən hava durumu daha da pisləşib. Axtarış-xilasetmə işlərinin aparıldığı ərazidə güclü külək və qar var. Meteoroloji durumun getdikcə çətinləşəcəyi proqnozlaşdırılır. Ancaq buna baxmayaraq, axtarış-xilasetmə işlərinin aramsız aparılması düşünülüb.

Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış işlərinə Nazirliyin uyğun xilasetmə qurumlarının canlı güc və texnikası, özəl təlim keçmiş itlər cəlb olunmuşdur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərin könüllü dəstəsi axtarışlara qoşulub.

Fövqəladə Hallar Nazirliyi təəssüf duyğusu ilə bildirir ki, əməliyyatla bağlı məlumatların mütəmadi yenilənməsinə baxmayaraq, bir sıra xəbər saytları doğru olmayan məlumatlar yayır.

Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə bağlantının itməsiylə bağlı ilk bildi FHN “112” qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında gəlib. Sonrakı gün, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin çətin durumlarda xilasetmə işləri aparmaq təcrübəsi olan peşəkar xilasediciləri çağırılıb.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, özəlliklə də baş verən olayla bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan yararlanmamağa çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış duruma həssaslıqla və anlayışla yanaşmağı önərir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın