Formula1 yarışlarında jurnalistlərin akkreditasiya vaxtı uzadılıb

“Bakıda keçiriləcək Formula1 yarışlarında jurnalistlərin akkreditasiya vaxtı uzadılıb”. Bunu Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin Marketinq və kommunikasiya şöbəsinin əməkdaşı Gülnaz Quliyeva ANS PRESS-ə deyib.

Onun sözlərinə görə, mətbuat nümayəndələrinin “Formula1” yarışlarına xüsusi maraq göstərdiyi üçün akkreditasiya vaxtı uzadılıb.

“100-ə yaxın müxbir və fotoqraf akkreditasiya üçün müraciət edib. Bura həm televiziya, həm onlayn, həm də çap mətbuatının nümayəndələri aiddir. Biz istərdik ki, radio da bura qoşulsun. Planlaşdırılmışdı ki, bu gün son gün olsun. Lakin jurnalistlərin böyük marağını görərək bu müddəti aprelin 5-ə kimi uzatmağa qərar verdik. Qeydiyyatdan keçə bilməyənlər aprelin 5-ə kimi müraciət edə bilərlər”.


Bakı Şəhər Halqasının tanıtım videosu (qısa versiya)

G.Quliyeva yarışların qrafiki haqqında da məlumat verib: “Bildiyiniz kimi, yarış ayın 19-u olacaq. Amma bizdə 17-dən 19-a kimi tanınmış ulduzlar konsert verəcək. Enrike İqlesiasdan başqa, iki nəfər ilə də danışıqlar aparılır. İqlesiasın özü təşəbbüs göstərib ki, Bakıda çıxış etsin”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vasitəsilə media akkreditasiyasına müraciət etmək üçün 31 mart tarixinə kimi idi. 2016-cı il Formula1 Avropa Qran Prisinin 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.

Bir müddət əvvəl “Formula1” üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda “McLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib.


Azərbaycan – Formula 1-in Ən Yeni Ünvanı

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir