Filmlərdə Pis Qız Rolunda Oynayan Ən Yaxşı Altı Aktrisa

İzlədiyimiz filmlərin bir çoxunda oynanan bəzi rollar başqalarından sıyrılıb yaddaşlarda özünə ayrı bir yer qazanır. Kinomatoqrafiya dünyasında yaxşı rollar və qəhrəmanlarla birlikdə anti-qəhrəmanlar və pis rollar da bəyənilir, izləyicilər tərəfindən sevilir. Bəzən mənfi xarakterlər hər nə qədər yaxşılıq etməsələr də ürəklərə yol tapa bilir. Bu mənfi xarakteri canlandıran gözəl və cazibədar qız olarsa, duyğular tamamilə qarışa bilər. Gözəl qızların insanları görünməmiş qəddarlıqlarla öldürməsinə inanmaq nə qədər çətin olsa da, sizi bu işin öhdəsindən gələn ən yaxşı aktrisalarla tanış etmək istəyirik.

Beləliklə, YALAN.info sizə insanlara pisliklər edən, onları inanılmaz işgəncələrlə öldürən, ancaq asanlıqla kişilərin ağlını başından çıxaran altı ən gözəl və cazibədar aktrisanı təqdim edir.

1. Basic Instinct – Catherine Tramell (Sharon Stone)

Basic Instinct-Sharon Stone-Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
Basic Instinct – Sharon Stone

Şaron Stonun ayağını ayağının üstünə qoymasının çox səs saldığı və yaddaşlara yazıldığı bu səhnə Əsas instinkt (Basic Instinct) filmindəndir. Bu qadınsız pis qızlar siyahısı düşünülə bilməzdi. Ata-anasının təsadüf ölümündən sonra milyonlar miras qalmış Catherine Tramell (Sharon Stone) filmdə psixoloq diplomu ilə həm də yazıçıdır. Hətta Maykl Duqlasın (Michael Douglas) oynadığı detektivin ağlını başından almağı bacarır.


Basic Instinct (1992)- Official Trailer

2. From Dusk Till Down – Satanica Pandemonium (Salma Hayek)

Salma Hayek - Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
From Dusk Till Down – Salma Hayek

1996-cı ildə izləyicilərinə qovuşan From Dusk Till Down filminin önə çıxan bir çox xarakterləri vardı. Onlardan biri də Selma Hayekin (Salma Hayek) canlandırdığı eqzotik rəqqasə eyni zamanda vampir olan pis qızdır.


From Dusk Till Dawn – Satanica Pandemonium (Salma Hayek) oynayır

3. The Wolverine – Viper (Svetlana Khodchenkova)

Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
The Wolverine – Svetlana Khodchenkova

James Mangoldun yönəltmənliyində ekranlara çıxan 2013-cü il istehsalı olan Wolverine filmində qarşımıza çıxan ən pis xarakterlərdən biri də Viperdir. Zəhərli maddələrlə Poison Ivy qədər yandırıb-yaxan olmasıyla da tanınır. Şeytan gözəlliyi ilə kişiləri özünə heyran bıraxan rus aktrisanın adı Svetlana Xodçenkovadır (Светлана Ходченкова).


The Wolverine – Official Clip “Viper” (Svetlana Khodchenkova)

4. GoldenEye (James Bond Agent007) – Xenia Onatopp (Famke Janssen)

GoldenEye Agent007 James Bond-Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
GoldenEye – Famke Janssen

Məşhur xəfiyyənin qız tanışlarından hansını bu siyahıya salmaq haqqında çox düşünmək olar. Ceyms Bondun (James Bond) savaşdığı düşmənlərin arasında hər zaman gözəl və hiyləgar qadınlar olur. Bəlkə də Agent 007-nin pis qızlara qarşı döyüşdüyünü də düşünmək olar. Bu pis qadın xarakterlərinin arasından ən pis və ən seksual olaraq 1995-ci ildə ekranlaşdırılmış Golden Eye seriyasında Famke Janssen tərəfindən canlandırılan rolu seçdik. Seksual gözəlliyi ilə James Bondun (Pierce Brosnan) ağlını almağa çalışan Xenia Onatopp (Famke Janssen) insanları öldürür, hətta vertolyot da qaçırırdı.


GoldenEye (1995) – James Bondun Xenia Onatopp ilə sevişmə səhnəsi

5. X-Men – Mystique (Jennifer Lawrence)

Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
X-Men – Jennifer Lawrence

Əlbettə Jennifer Lawrence-in gənçlik hallırını oynadığı Mystique xarakteri bir başqa cür gözəllik abidəsidir, ancaq Rebecca Romijn tərəfindən canlandırılan, ilk X-Men üçlüyündəki halı dillərə dastan düşən bir pislik və gözəllik kombinasiyası idi.


X-Men: Days of Future Past-Boardroom (2014) – Jennifer Lawrence

6. Jennifer’s Body – (Megan Fox)

Megan Fox - Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
Jennifer’s Body – Megan Fox

Transformerlərdən tanıdığımız Megan Fox hələ 23 yaşında olarkən Ceniferin Bədəni (Jennifer’s Body) filminin baş rolunda oynadı. Belə bir gözəlin bədəni pis bir ruh tərəfindən ələ keçirilir və özü istəmədən insan yeyir, bu da bəs deyil, od yalayır.


Jennifer’s Body (2009) – Biz Hər Zaman Sənin Yatağını Paylaşırıq

Sonda isə əlavə olaraq heç kəsin görmədiyi və tanımadığımız daha bir pis gözələ baxaq:

Suicide Squad – Harley Quinn (Margot Robbie)

Filmdə Pis Qadın Rolunda Oynayan Ən Gözəl Aktrisa
Suicide Squad – Margot Robbie

David Ayerin senariyasını yazıb yönəltmənliyini etdiyi Suicide Squad filmi tamamilə pislərin toplandığı bir film olacaq. Ancaq aralarında elə bir pis var ki, o həm gözəl, həm də hərkəsdən çox pisdir… Bu qız The Wolf of Wall Street (Pul Canavarı), Fokus və About Time (Zaman Haqqında) kimi filmlərdən izləyə bildiyimiz Margot Robbie-dir. Suicide Squad filmi hələ ekranlara çıxmasa da, 6 avqustan etibarən Harley Quinn adlı daha bir çox pis, ancaq gözəl qızla tanış olacağımız gözlənilir.


Suicide Squad filmində Harley Quinn oynadığı səhnələr

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir