FIFA Futzal World Cup 2016: Azərbaycan-İran 3-3, sırada Tayland

Kolumbiyada keçirilən FIFA World Cup-2016 futzal üzrə Dünya Çempionatınnın final mərhələsində Azərbaycan milli komandası sentyabrın 19-da qrupdakı üçüncü və son oyununu İran İslam Respublikası komandasına qarşı keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya saytının bildirdiyinə görə, yığmamızın Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində İran millisi ilə qarşılaşması 3-3 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində Qallo dubl edib, bir dəfə isə Tyaqo fərqlənib.


Match 35: Azerbaijan v Iran – FIFA Futsal World Cup 2016

Futzal üzrə Dünya Çempionatı 2016-da iştirak edən millimizin bu gecə İranla keçirdiyi qarşılaşma maraqlı olaylarla da yadda qalıb. Millimizin qapıçısı Rövşən Hüseynli oyunun gedişində topu qapıçıya gec qaytaran topdaşıyan oğlana acıqlanaraq topu emosional şəkildə istədiyi üçün xəbərdarlıq alıb. Daha sonra isə millimizin qapıçısı oğlandan üzr istəyərək könlünü alır.

Rövşən Hüseynli (sağda) və Rizvan Fərzəliyev (ortada) - Azərbaycan Milli Komandası
Rövşən Hüseynli (sağda) və Rizvan Fərzəliyev (ortada) – Azərbaycan Milli Komandası

Komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5-0 hesabı ilə qalib gəlib, İspaniyaya isə 2-4 hesabı ilə uduzub.

Qrupda ilk iki yeri tutan İspaniya və Azərbaycan milli komandaları play-offa yüksəlib. Növbəti mərhələdə millimizin rəqibi Tayland yığması olacaq. Azərbaycan-Tayland görüşü sentyabrın 23-də keçiriləcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir