İnsanların doğru söyləmədiyi hər bir şey yalandır. Yalanı yalan edən faktor söyləyənin söylədiyi yalanlara inanmamasıdır. Yalan danışmağa insanlar uşaqlıqdan başlayırlar. Dediklərinə qarşı hansısa təsiri görüncə və onları təhlükə gözlədiyini düşündüklərində yalan danışmağa baslayırlar. Başlıca olaraq da bu mükəmməliyyətçi ailələrdə böyüyən insanlarda daha çox qarşılaşılır. Onlardan çox uğur qazanmalarını gözlədikləri üçün ailələrinin onlardan gözləntilərini edə bilmədiklərində yalan daşmağa başlayırlar. Yalan danışan insanların yalan danışma səbəbləri də başqa-başqadır. Bəzi kəslər yalnız diqqəti özlərinə çəkmək üçün çox rəngli hekayələr uydururlar. Hədəfləri çətin bir durumdan çıxmaq, ya da çıxar təmin etmək deyil. Yalnız maraq mərkəzi olmaqdır. Başqa qrup insanlarda isə yalanın səbəbi özlərini qorumaq üçün söylənmiş yalanlardır.

– Yalan ilə özünə inamsızlıq arasıda bağlantı nədir? Özünə inamı çox olanlar daha az yalan söyləyərlər. Çünki mənfi durumlarda üzləşməyə daha çox hazırdırlar. Özünə inamı az olan insanlar daha çox yalan danışarlar. Onlar cəmiyyətdə önəmli bir insan olsalar belə özlərinə belə görmədikləri üçün yalanlarla üstünlük qazanmağa çalışırlar.

Bəs nə zaman yalan xəstəlik sayıla bilər?

Həyatda hamımız başımıza gələn təbii hadisələrdən dolayı zaman-zaman yalan danışmaq məcburiyyətində qalırıq. Yalan uşaq yaşlarından danışılmağa başlanılır, ancaq ilk əvvəllər qeyri-ixtiyarı səciyyə daşısa da, 7-8 yaşından başlayaraq şüurlu və ixtiyarı səciyyə daşıyır. Patologiya, yəni xəstəlik səviyyəsində olduqda isə insan yalan üzərinə yalanlar danışmağa başlayır və buna özünü və yanındakıları da inandırımağa çalışar. Və müəyyən yaşa qədər normal sayılan yalanlar daha sonra Mitomani adlanan xəstilik sayılır. Şizofreniya ilə fərqi ondadır ki, mitomani xəstəliyi olan insanlarin əsas hədəfi söylədikləri yalana başqa insanları inandırmaqdır. Şizofreniya xəstəsi olan insan üçünsə əsas olan özlərinin inanmasıdır. Ancaq hər ikisinin ortaq cəhəti əlbətdə ki, söylədiklərinin yalniz fantaziyalarının məhsulu olmasıdır.

Qaynaq: Fidan Azərqızı, Loqos.az

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın