“Facebook” bu gün ən böyük sosial şəbəkədir. Hesablamalara görə bu sosial şəbəkənin istifadəçiləri bir milyarddan çoxdur. Azərbaycanda da Facebook yetərincə tanınmışdır. Onun qurucusu Mark Zukerberqlə (Mark Zuckerberg) bağlı nələri bilirsiniz? Gəlin onun haqqında maraqlı məlumatlarla tanış olaq.

Mark 1984-cü ilin 14 may tarixində Nyu-York ştatının Vayt Pleyns şəhərində anadan olub. Onun atası diş həkimi, anası isə psixiatr olub. Mark Edvard və Karenin tək uşağıdır.

Hələ uşaq yaşlarında bacarıqlı olduğu üçün bir çox şirkət Marka iş təklifi edir. Bu təkliflərin hamısından imtina edən Zukerberq karyerasını başa vurmağa qərar verir.

Mark Zukerberq sahib olduğu sərvətlə dünyanın ən gənc varlısıdır.

Məktəb illərində göstərdiyi fəaliyyət ilə “Microsoft” şirkətinin diqqətini çəkir. Şirkət Zukerberqə iş təklif edir. Ancaq Mark bu təklifi rədd edib Harvard universitetinə girir.

Mark Zukerberq daltonik olduğu üçün “Facebook” sosial şəbəkəsinin loqosu mavi rəngdədir.

Mark çox yaxşı proqram yaza bilir və ilk dəfə 10 yaşında bu işi görüb.

Zukerberq ingilis dilindən başqa Çin dilinin Mandarin ləhcəsində də danışa bilir.

Zukerberq “Facebook” sosial şəbəkəsini universitetin yataqxanasında qurub. Bir çox nəhəng texnologiya şirkəti Marka ideyanı satmağı təklif edib. Ancaq Zukerberq bol sıfırlı rəqəmlərdən imtina edib.

Çinli bir qadınla ailə həyatı qurub.

Gözdən uzaq sadə həyat tərzini sevən Zukerberq Havay adalarında 100 milyon dollara bir torpaq alaraq orada yaşamaq istəyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın