Facebook Sosial Şəbəkəsi Azərbaycana Qarşı Çalışan Bir Neçə Səhifə və Profilləri Sildi

Facebook Sosial Şəbəkəsinin sahibi Mark Zukerberq (Mark Zuckerberg) 270-dən çox səhifə və profili silib.

YALAN.info Online Xəbərlər İnformasiya Saytı bildirir ki, silinən səhifə və profilləri “İnternet Research Agency”, yəni “İnternet Araşdırmalar Agentliyi” yönəldirdi.

“Bu gün biz dünyada keçirilən seçkiləri qorumaq üçün önəmli addım atdıq. Rusiyanın “İnternet Research Agency” qurumunun əlində olan 270-dən çox səhifə və profili sildik”, – deyə Mark öz Facebook profilində yazıb.

Mark vurğulayıb ki, agentlik yalan yolu ilə ABŞ, Avropa və Rusiyadakı insanları manipulasiya etmək istəyib. Onun sözlərinə görə, silinən səhifə və profillər Rusiya, Azərbaycan, Özbəkistan və Ukraynada yaşayan rusdilli insanlara qarşı çalışırmış.

Onu da yada salaq ki, indi Facebookda şəxsi məlumat güvənliliyinin təmin olunması üzərində 14 minə yaxın insan çalışır.

Bir az öncə Zukerberq Facebook-dan məlumatların sızmasına görə, Britaniya qəzetləri ilə sosial şəbəkə istifadəçilərindən üzr istəmişdi.

İki həftə öncə sosial şəbəkə fəalları və blogerlər Facebook hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.

Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin 50 milyondan çox Facebook istifadəçisinin özəl bilgilərindən öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini yaradıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir