Fətəli Xan Xoyski İngilis Generala: Əsgərlərini dənizə tökərik

Müttəfiq gücləri qalib gəldikdən sonra Türk ordusu Azərbaycandan çıxmalı olur və İngilis ordusu Bakıya girir. Bu xalq arasında narazılıqlar yaradır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, o zaman Azərbaycan Xalq Cümhuriyyətinin başçısı olan Fətəli Xan Xoyski ingilis general Tomsonla görüşür. Onların danışıqları çox mübahisəli və sərt olur.

General Tomson Azərbaycan hökumətini tanımadığını, müttəfiq olan rusların torpağına gəldiyini söyləyir.

Fətəli Xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirildiyini söyləyir. Fətəli Xan sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda, mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız”, deyir.

General Tomson: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm”, cavabını verir.

Fətəli Xan: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin Baş Naziriyəm. Biz sizi buraya çağırmadıq. Sizdən ölkəmizdən çıxmağınızı tələb edirəm”, deyir.

Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək: “Baş Nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi gücünüz olmalıdır. Bildiyimə görə, yaratdığınız Cümhuriyyətinin ordusu hələ qurulmamışdır”, deyir.

Fətəli Xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, onun yalnız hərbi birliyi vardır. Ya xalq gücünün nə olduğunu bilmir, ya da hər xalqı Hindistan xalqı düşünür.

Biz Azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” cavabını verir.

Fəthəli Xan Xoyski kimdir?

Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) qurucularından və əsas simalarindan biri (müxtəlif dövrlərdə Baş nazir, Daxili və Xarici işlər naziri, Ədliyyə naziri, Hərbiyyə naziri) olmuş Fəthəli xan Xoyski İsgəndər oğlu 1875-ci ildə Şəkidə anadan olub.

Ulu babası Cəfərqulu xan Xoy xanı idi. Sonradan İrandan çıxaraq Şimali Azərbaycana gəlir və rus çarı tərəfindən Şəki Xanı təyin edilir.

Xoyskilərin ailə qəbristanlığı Xan Məscidinin arxasında yerləşir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir