Ezo – Son Kez mahnısıyla yeni tərzdə: daha seksual qadın olacağam

Hər şey Rafet El Romanın Azərbaycana çox tez-tez gəlməsindən başladı. Azərbaycanda Ezonun səhnə çıxışlarından biri Rafet el Romanın xoşuna gəlir və onlar tanış olurlar. İki ulduz müğənninin ilk dueti “Kalbine Sürgün” uğurlu alınır. 3 il sonra “Son Kez” adlı mahnısıyla bambaşqa bir qadın olaraq qarşımızda. Ezo özünü “Yeniləndim. Əgər dəyişməmiş olsaydım, o zaman məndə böyük bir sıxıntı var demək olardı” deyə açıqlayır.

Türkiyənin Hürriyət qəzeti Ezo ilə müsahibə almışdır. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni sizə təqdim edir.

Sizi Rafet El Romanla olan “Kalbine Sürgün” duetiylə tanıdıq. Ardından onun prodyuserliyində bir albom çıxardınız. İndi külək başqa yöndən esir. Artıq Bedüklə çalışırsınız. Nə üçün bu dəfə mahnının sözlərindən düzənləmələrinə qədər heç bir nöqtədə Rafet El Romanın imzası yoxdur?
– İstanbula gəldiyim ilk illərdə Rafetə vocal etdim. Sonra “Kalbine Sürgün” mahnısını proyekt olaraq çıxardıq. Bu düşünülmüş bir proyekt idi. Kaşki gerçək anlamda birilərinə əmanət ola bilsəm. Yeni single çalışmam “Son Kez”in prodyuserliyini Bedükün şirkəti, düzənləməsini də Bedük etdi. Onun enerjili tərzi mənim içimdə gizli qalan qadını çıxardı. Sualın cavabına gəlsək, biz uzun zaman önce Rafet El Roman ilə yollarımızı ayırdıq.


Rafet El Roman – Kalbine Sürgün Feat. Ezo

Nə üçün?
– Özəl bir səbəbi yoxdur. Anlaşmamız bu şəkildə idi. Proyekt bitdi, yollarımızı ayırdıq.

Yeddi ildir Türkiyədəsiniz… Azərbaycanda musiqi yaratmaq yerinə nə üçün Türkiyəyə gəldiniz. Bu işlər burada daha asan alınırmı?
– Yox. Zatən Azərbaycanda səhnəyə çıxırdım. Bakıda Rafet səhnə aldığım məkana məni dinləməyə gəlmişdi. Sonra da proyektindən danışdı və məni İstanbula çağırdı. Zatən Türkiyəni çox sevirdim. Gələn təklifin məni xəyallarıma yaxınlaşdıracağını düşündüyüm üçün bunu əldən qaçıramazdım.

El Roman sizin üçün sehirli bir çübüqmuydu?
– O sehirli çübüq yalnız nağıllara inandığınız zaman gerçək olur. Bu an gerçəklər olduğu üçün həyatımda sehirli çubuğun olduğuna inanmıram.

Həm fiziki, həm də ruh sarıdan dəyişdim

Bilindiyimiz kimi musiqidə ‘tık’ dövrüdür… Yeni nəsil popçular qapını 100 milyon izlənmələrdən açır… Siz yeni mahnınızla bu rəqabət ortamında harada durursunuz?
– Tıklamaların çoxunun gerçəyi görsətdiyini düşünmürəm. Hələ bəziləri, dünyaya özünü isbatlamış müğənnilərdə belə o qədər tıklama sayı yoxdur. Bu bir az özünü doydurmaq kimi gəlir mənə. Ayrıca olaraq çox tıklanan mahnının çox yaxşı, az tıklanan mahnının çox pis olduğunu söyləmək olmaz. Bununla bağlı çox örnək var. Bethovenin (Beethoven) çalışmalarını milyonlar bilir, ancaq neçə dəfə açıb dinlənilib? Və tıklamaları neçədir?

Üç il öncə qarşılaşdığımızda Azərbaycandan yeni gəlmiş, utancaq, həyacanlı bir qız görmüşdüm. İndi qarşımda seksual bir kadın var. Bu dəyişiklik sadəcə fizikidirmi?
– Həm fiziki, həm ruh, həm tərz olaraq dəyişdim. İndi o içimdəki qadın da sənə ötürülür.

Nələr dəyişdi sizdə?
– Yeniləndim. Özümü yeniyetməlikdən çıxan gənc bir qadın olaraq görürəm. Bu da hamımızın yaşadığı bir dövrdür. E, üç il böyük bir vaxtdır. Əgər dəyişməmiş olsaydım, o zaman məndə böyük bir sıxıntı var demək olardı.

Seksual olmağın sizin sözlüyünüzdəki qarşılığı nədir?
– Mənim üçün qadındakı ən böyük seksuallıq, özünəinamlı, sap-sağlam, öz ayaqları üzərində, dırnaqlarıyla qaza-qaza bir yerlərə gəlmiş özünü yeniləyən qadın. Və tabii ki, zəkasıyla, bilgisiylə, özü ilə heyran edən qadın. Eynilə mənim kimi (Gülür). Mən musiqimin yaratdığı qadınam. Özümü qəliblərin içinə salmağı sevmirəm. Ruhum kimi musiqimi və tərzimi də özgür buraxıram. Bundan sonra da daha çox seksual qadın olaraq görəcəksiniz.

Ezonu 3 Addımla Yaxından Tanıyın

  • Ailem Bakıda yaşayır. Dörd uşağıq. Atam vəkildir. Anam öncədən ticarətlə məşğul olurdu. Çox yaramaz bir uşaq idim. Anam hər zaman “Səni böyüdənə qədər 50 uşaq böyüdərdim” deyə söylənirdi. Küçədə gördüyüm hər heyvanı evə gətirirdim. Yoxa çıxmaqlarım məhşurdu. Hətta bir gün nənəmin bağında gizlənmişdim. Sonra məni tovuq hinində tapmışdılar. Mən toyuğun yumurtasının üzərinə çöməlmiş dururdum. Nənəm “Niyə elə durmusan?” dediyində toyuq yumurtaları tərk etdiyi üçün cücə çıxana qədər yumurtaların üzərində mən duracağam” demişdim. 2007-ci ildə Azərbaycan Tibb Fakultetinə girdim. Oxumağa bir il davam etdim. İstanbuldan müğənnilik üzərinə təklif gəlincə yarıda buraxıb Türkiyəyə yerləşdim.
  • Keçən il “Liman” adında bir albom çıxardım. İndi sıra single-da. Şöhrət özəl yaşamtımda bir dəyişiklik yaratmadı, ancaq həyata qarşı daha güçlü durmağımı sağladı. Xəyallarınız nə qədər böyük olursa olsun inancınızın hər şeyi gerçəkləşdirəbiləcək gücü olduğunu gördüm.


Ezo – Liman 2015 (Official Video)

  • Xəyallarım o qədər çox ki. Hər gün bir addım daha xəyallarıma yaxınlaşdığımı hiss edirəm. Beş yaşımdan bu yana musiqiyə qoşulan və yenilikləri yoxlamaqdan qorxmayan biri olaraq özümü ən yaxşı musiqi ilə ifadə etdiyimi düşünürəm. Bir adam belə özü üçün bir şey tapıb mahnımı dinləyirsə bunun da mənim fərqim olduğunu düşünürəm.

Türkiyəyə gəldiyimdə məni çaşdıran olay “tükənmişlik sindromu” olmuşdu. Kimə “Necəsən?” desəm “Depresyondayam” cavabını aldım. Bunu anlamak üçün yüzlərcə kitab oxudum.


Ezo – Son Kez

Ezo - Son Kez

ezo-deyisdi
Ezo - Son Kez
Ezo - Son Kez
Ezo - Son Kez Ezo – Son Kez mahnısında seksual qadın tərziylə

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir