İsrailin KAN teleyayım şirkəti və Avropa Yayım Birliyi “Eurovision Song Contest 2019” mahnı yarışmasının loqotipinin tanıtımını edib. ESC-2019 yarışması mayın ortalarında Təl-Əviv şəhərində keçiriləcək.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, rəsmi loqotip yarışmanın rəsmi saytında paylaşılıb.

Loqotip ulduz formasını ərsəyə gətirən üç üçbucaqdan qurulmuşdur.

“Üçbucaq dünyanın ən qədim fiqurlarındandır – ona incəsənət, musiqi, kosmologiya və təbiətdə qarşılaşmaq olar və incəsənətlə bir növ bağlantı yaradır. Birlik halına gələn üçbucaqlar saysız-hesabsız ulduzları olan göy üzünü əks etdirən, Eurovision 2019-a qoşulmaq üçün Təl-Əvivə toplanacaq gələcək estrada ulduzlarını simvolizə edən yeni məfhuma çevrilib”, – deyə KAN nümayəndəsi loqotipin təfsirini verib.

Qeyd edək ki, musiqi müsabiqəsinin yarımfinalı 14-16 may tarixlərində keçiriləcək. Final mayın 18-nə planlaşdırılıb.

Dare To Dream: The official theme artwork for Eurovision 2019!

2 AÇIQLAMA

  1. Eyer Azərbaycan 1 ci yer olsa onda 2020 il Eurovision yarışması bizim ölkədə keciriləcək. Maaşlar kəsiləcək kəsilməsədə azalacag yollar baglanacag və bunlar sadəcə mən bildiklərimdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın