Eurovision Song Contest 2018-də Azərbaycandan Aysel Məmmədova Oxuyacaq

Bu gün, noyabrın 8-də Eurovision Song Contest 2018 (ESC-2018) mahnı yarışmasında Azərbaycanı müğənni Aysel Məmmədovanın (AISEL) təmsil edəcəyi müəyyənləşib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Portuqaliyada keçiriləcək builki Eurovisionun Azərbaycan təmsilçisinin Aysel Məmmədovanın olacağı xəbərini münsiflər heyətinin toplantısından sonra İcitmai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsi elan edib.

Aysel Məmmədova kimdir?

Eurovision Song Contest 2018 (ESC2018) Azərbaycan Aysel Məmmədova
Aysel Məmmədova (ESC-2018 Azərbaycan)

Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində anadan olan Ayselin həyatı uşaqlıqdan nəğmələrə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel “Caspian Jazz & Blues Festival” (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005-2006), “MuzEnergo Festival of Music İmprovisation” (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun izləməsi ilə, Qafqaz Caz Festivalı (2012) və “Jara-2017” festivalı kimi beynəlxalq musiqi festivallarına qoşulub.

Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi toplantılarına da qoşulub.

Aysel Məmmədova pianoçu, vokalist və bəstəkardır.

Айсель Мамедова

AISEL – Dilbərin ariyası (“Sevil” operasından fraqment)

AISEL – My Only (Live Session)

Айсель – Сердце ты моё, Юбилейный концерт Софии Ротару / 03.09.2017

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir