Eurovision Song Contest 2016 (ESC2016) mahnı yarışmasında Azərbaycanı təmsil etmiş gənc müğənni Səmra Rəhimli sosial şəbəkələrdəki paylaşmaları ilə gündəmdədir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, sənətçinin “Sakit ol və qırmızı dodaq boyanı çək. Mənim qırmızı dodaq boyası ilə bağlı sözlərim hər kəsin yadındadırmı? Məndən qorxun” açıqlaması yazılmış paylaşması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Səmranın bu fotosunu 4000 izləyici bəyənib. Xanım müğənninin daha öncə heyranlarına təqdim etdiyi “Hypnotized” adlı mahnısına çəkilmiş klipi isə o qədər də uğurlu alınmayıb.

Yada salaq ki, “Həmrəy olaq” şüarı altında İsveçdə keçirilmiş 61-ci Eurovision mahnı yarışmasında ölkəmizi Səmra Rəhimli Möcüzə (Miracle) adlı mahnısı ilə təmsil etmiş və 17-ci yeri tutmuşdu.

Samra – Miracle (Acoustic Version)

 

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın