“Euronews” telekanalı “Azərbaycana gəzinti” silsiləsindən Şəki Xanlarının Sarayından danışan reportaj yayımlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, reportajda vaxtilə Şəki xanlarının iqamətgahı olmuş, indi isə dünyanın önəmli tarixi və mədəniyyət abidəsi kimi qorunan sarayın keçmişindən və özəlliklərindən danışılır. Deyilir ki, XVIII yüzilliyin yadigarı olan bu saray rəngbərəng Venesiya şüşələrindən ibarət şəbəkə pəncərələrlə bəzədilmiş interyerinə görə Qafqazda saray memarlığının ən yaxşı örnəklərindən və İslam Şərqinin incilərindən biridir.

Verilişin aparıcısı Avrora Velez məlumat verir ki, xalq sənətkarları “şəbəkə” naxışlarını 14 min xırda ağac parçalarından yapışqansız və mismarsız yaradıblar. Bu, səbir və yüksək texnika tələb edən nəfis işdir. Bir vaxtlar Böyük İpək yolu Şəkidən keçirdi və Azərbaycan tacirləri ədviyyat və ipəyi şəbəkə yaradılmasında istifadə edilən Venesiya şüşələri ilə dəyişirdilər. Bu gün “şəbəkə” ustaları əcdadlarının ənənəsini sədaqətlə qoruyub saxlayırlar.

Reportajda Şəki Xanlarının sarayının eksteryerini və interyerini, şəbəkə ustalarının işini əks etdirən kadrlar və şəbəkə ustası Tofiq Rəsulovun bu xalq sənəti və abidənin bərpası ilə bağlı düşüncələri yer alıb.


The shebeke at Sheki Khans’ Palace in Azerbaijan (Azərbaycanda Şəki Xanları Sarayındakı şəbəkə)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın