EURO 2016-nın erkən finalında İtaliya çempion İspaniyanı taxtdan saldı

Fransada keçirilən futbol üzrə Avropa çempionatı UEFA EURO 2016-nən 1/8 final mərhələsində İtaliya ilə İspaniya oyunun baş hakimi türkiyəli hakim Cüneyit Çakır olub. Bu qarşıdurma turnirin erkən finalı sayılırdı.

İtaliya: 1. Canluici Buffon, 2. Mattia de Şilyo, 3. Corcio Kyellini, 8. Alesandro Florenzi, 9. Qraziano Pelle, 15. Andrea Barzalyi, 16. Daniele de Rossi, 17. Eder, 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Caççerini

Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marketti, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 6. Antonio Kandreva, 7. Simone Zaza, 10. Tyaqo Motta, 14. Stefano Sturaro, 21. Federiko Bernardeski, 11. Çiro İmmobile, 20. Lorenzo İnsinye, 22. Stefan El Şaravi

Baş məşqçi: Antonio Konte

İspaniya: 13. David de Xea, 3. Xerard Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 7. Alvaro Morata, 10. Sesk Fabreqas, 15. Serxio Ramos (k), 16. Xuanfran, 18. Xordi Alba, 21. David Silva, 22. Nolito

Ehtiyat oyunçular: 1. İker Kasilyas, 23. Serxio Riko, 2. Sezar Azpilikueta, 4. Mark Bartra, 8. Koke, 9. Lukas Vaskes, 12. Ektor Bellerin, 17. Mikel San Xose, 19. Bruno Soriano, 11. Pedro Rodriges, 20. Aris Aduris, 14. Tiaqo Alkantara

Baş məşqçi: Visente del Boske

Oyunda hesabı İtaliya komandasının mərkəz müdafiəçisi Corcio Kyellini açıb. İlk yarı italyanların minimal üstünlüyü ilə başa çatıb. İkinci hissənin sonuncu dəqiqəsində Qraziano Pelle İspaniyanın bütün şanslarını puç edib.

İtalyanlar ispanları iki cavabsız top ilə məğlub edib.  İtaliya millisi ¼ final mərhələsində Almaniya yığması ilə qarşılaşacaq.


UEFA EURO 2016 1/8 final mərhələsi İraliya-İspaniya: 2-0

Oyun Cüneyt Çakıra həvalə edilmişdi. Türkiyənin 40 yaşlı referisi qrup mərhələsində Portuqaliya-İslandiya və Belçika-İrlandiya oyunlarını idarə etdikdən sonra turnirdə son oyunu dünən keçirilən 1/8 finalın İtaliya-İspaniya görüşü olub. İtaliyanın 2-0 hesabı ilə qalib gəldiyi oyunda Çakırın idarəçiliyi yüksək qiymətləndirilib.

Gərgin qarşılaşmanı səhvsiz idarə edən türkiyəli hakimlər briqadası İtaliya mətbuatında tənqid olunmaqdan qurtula bilməyib. İtalyanlar türkiyəli hakimin özəlliklə 2-ci hissədə ispanlara tərəfkeşlik etdiyini, onlara qarşı sərt qərarlar verdiyini iddia ediblər. Qarşılaşmanı şərh edən RAI 1 televiziyasının əməkdaşı “hakimlərə fikir vermədən, onların qərarlarını vecimizə almadan gözəl oynamağa davam etməliyik” deyib.

Yazılı mediada isə “Çakır oyunu faciəvi idarə etdi, onun bir çox qərarları bizim üçün anlaşılmaz” idi tipli fikirlər yer alıb. Sosial şəbəkələrdə qarşılaşmanı müzakirə edənlərdən biri isə daha uzağa gedib, “Çakır türkdür. O bizdən Papanın “erməni soyqırımı”nı tanımasının qisasını alır. Unutmayın ki, türklər Avropa çempionatını bizə görə tərk edib” şərhini yazıb. Çakır və heyəti bu gün Türkiyəyə qayıdıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir