İsrailin Təl-Əviv şəhərində keçiriləcək Eurovision Song Contest 2019 (ESC2019) mahnı yarışmasında Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Truth” (Doğru) mahnısı ilə təmsil edəcək.

Maraqlıdır ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı doğruları bütün dünyaya çatdırırdı. Ancaq o erməni snayperinin gülləsinə tuş gəldi və sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı İctimai Televiziya və Radio Yayımları Şirkətinə qaynaqlanaraq bildirir ki, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun “Truth” adlanan əsəri ilə çıxacaq.

https://www.youtube.com/watch?v=iyZJ_aMw5hY
Chingiz – Truth – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2019

“Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Özəl tanışlığımızdan sonra isə onunla bağlı düşüncələrim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq” – deyə bəstəkar Borislav Milanov bildirib.

Qeyd edək ki, bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. “Truth” zəhərli sevgi münasibətindən danışır. Burada doğruya yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı durumu qəbul etmək, ya da sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub.

Azərbaycan Eurovision Mahnı Yarışmasında

2008 – Elnur və Samir “Day After Day” (8-ci yer)
2009 – Aysel və Araş “Always” (3-cü yer)
2010 – Safura Əlizadə “Drip Drop” (5-ci yer)
2011 – Eldar və Nigar “Running Scared” (1-ci yer)
2012 – Səbinə Babayeva “When the Music Dies” (4-cü yer)
2013 – Fərid Məmmədov “Hold Me” (2-ci yer)
2014 – Dilarə Kazımova “Start a Fire” (22-ci yer)
2015 – Elnur Hüseynov “Hour Of The Wolf” (12-ci yer)
2016 – Səmra Rəhimli “Miracle” (17-ci yer)
2017 – Diana Hacıyeva “Skeletons” (14-cü yer)
2018 – Aysel Məmmədova “X My Heart” (finala çıxa bilməyib)

Çingiz Mustafayev “Truth” mahnısı haqqında

AZERBAIJAN – Chingiz – Truth | Eurovision 2019 Reaction
Chingiz – Truth (РЕАКЦИЯ) Азербайджан на конкурсе «Евровидение 2019» | Eurovision 2019 Azerbaijan
https://www.youtube.com/watch?v=Iicd70rhTsM
REACTION: Azerbaijan, Chingiz – Truth; Eurovision 2019
Eurovision 2019 Azerbaijan. Chingiz – Truth. Reaction.
https://www.youtube.com/watch?v=xx213ic3KPk
Chingiz – Truth – Azerbaijan 🇦🇿 – Eurovision 2019 – Reaction
https://www.youtube.com/watch?v=dMu_zPkNmf8
Chingiz – Truth – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2019 REACTION
https://www.youtube.com/watch?v=82m0-7NDWDY
CHINGIZ – TRUTH Reaction AZERBAIJAN 🇦🇿 Евровидение 2019 [Eurovision 2019]
Azerbaijan Eurovision 2019 Chingiz Truth Reaction: TommyVision UK
https://www.youtube.com/watch?v=hqlphtjQcMY
Eurovision Azerbaijan 2019 REACTION

3 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın