ESC2017 Finalı: Azərbaycandan DiHaj (Diana Hacıyeva) 12-ci Yerdə Oxuyacaq

Ukraynanın paytaxt şəhəri Kiyevdə keçirilən Eurovision Song Contest 2017-də Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) – Skeletons mahnısı ilə finalda 12 nömrə altında çıxış edəcək.

Diana Hacıyeva-Diana Hajiyeva (DiHaj)

Diana Hacıyeva-Diana Hajiyeva (DiHaj)

Diana Hacıyeva-Diana Hajiyeva (DiHaj)

Diana Hacıyeva-Diana Hajiyeva (DiHaj)

Diana Hacıyeva-Diana Hajiyeva (DiHaj)

Diana Hacıyeva-Diana Hajiyeva (DiHaj)
Eurovision Song Contest 2017: Azərbaycan – Diana Hacıyeva (DiHaj qrupu)

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bununla bağlı mahnı yarışmasının rəsmi saytından qaynaqlanaraq xəbər verir.

Mayın 13-də baş tutacaq finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

    1. IMRI – I Feel Alive (İsrail)
    2. Kasia Moś – Flashlight (Polşa)
    3. NAVIBAND – Historyja Majho Zyccia (Belarus)
    4. Nathan Trent – Running On Air (Avstriya)
    5. Artsvik – Fly With Me (Ermənistan)
    6. OG3NE – Lights And Shadows (Hollandiya)
    7. Sunstroke Project – Hey Mamma (Moldova)
    8. Joci Pápai – Origo (Macarıstan)
    9. Francesco Gabbani – Occidentali’s Karma (İtaliya)
    10. Anja – Where I Am (Danimarka)
    11. Salvador Sobral – Amar Pelos Dois (Portuqaliya)
    12. Diana Hajiyeva (DiHaj) – Skeletons (Azərbaycan)
    13. Jacques Houdek – My Friend (Xorvatiya)
    14. Isaiah – Don’t Come Easy (Avstraliya)
    15. Demy – This Is Love (Yunanıstan)
    16. Manel Navarro – Do It For Your Lover (İspaniya)
    17. JOWST – Grab The Moment (Norveç)
    18. Lucie Jones – Never Give Up On You (Böyük Britaniya)
    19. Hovig – Gravity (Kipr)
    20. Ilinca ft. Alex Florea – Yodel It! (Rumıniya)
    21. Levina – Perfect Life (Almaniya)
    22. O.Torvald – Time (Ukrayna)
    23. Blanche – City Lights (Belçika)
    24. Robin Bengtsson – I Can’t Go On (İsveç)
    25. Kristian Kostov – Beautiful Mess (Bolqarıstan)
    26. Alma – Requiem (Fransa)

Final şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçilərindən başqa iştirakçılara səs verə bilər.

Keçən ildən səslərin hesablanması qaydaları dəyişdirilib. Münsiflər və televiziya tamaşaçıları yarış iştirakçılarına ayrı-ayrılıqda səs verir. Nəticələr elan olunduqda öncə münsiflərin verdiyi ballar açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcək.

Qeyd edək ki, bu il müsabiqəyə rekord sayda – 42 ölkə qoşulub. Bu sayda ölkə bundan 5 il öncə Azərbaycanda keçirilən Eurovision 2012 mahnı yarışmasına qatılmışdı.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir