Ermine Nağdalyan: Ermənistan torpaqları tutub, ancaq hüququmuz yoxdur

“Erməni tərəfi üçün Dağlıq Qarabağın müstəqilliyi üzrə ikinci referendumun keçirilməsi məqbul deyil”. ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyan jurnalistlərə açıqlamasında bildirib.

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədr müavini, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Ermine Nağdalyan (Hermine Naghdalyan) erməni tərəfin “Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş beş ərazi”yə iddialı olmadığını qeyd edib.

“Dünya Qarabağı tanıyan kimi biz o torpaqları qaytaracağıq, onlara bizim hüququmuz çatmır, biz bu torpaqları istəmirik — onlar yalnız bizim bufer zonamız, təhlükəsizliyimizin zəmanətidir”, – deyə Nağdalyan bildirib.

Ermənistan parlamentinin sədr müavini açıq şəkildə etiraf edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onlara hüququ yoxdur. Nağdalyanın bu bəyanatı erməni ictimaiyyətində etiraz dalğasına səbəb olub. Qarabağ separatçıları isə sədr müavininin bəyanatını «arxadan vurulan zərbə» kimi qiymətləndiriblər. Bundan əlavə onlar Ermine Nağdalyanın tutduğu vəzifəyə uyğunluq məsələsinə yenidən baxmağı tələb edirlər.

Ermənistan parlamentinin vitse-spikeri bu bəyanatının ölkədə, habelə Dağlıq Qarabağdakı ermənilər və xarici ölkələrdəki erməni diasporunda çox böyük rezonans doğurduğunu anlayanda geri çəkilib, özünə bəraət qazanmağa çalışıb: “Kütləvi informasiya vasitələrimiz həmişə olduğu kimi sözlərimi təhrif ediblər, olmayanları olan, deyilməyənləri deyilən kimi təqdim ediblər. Mən indiki vəziyyətdən yox, 2010-2011-ci illərdəki situasiyadan, Madrid prinsiplərindən danışmışam. Ölkəmizin rəsmi mövqeyindən fərqlənəcək bir kəlmə də deməmişəm. Artıq neçə ildir ki, biz danışıqları “ərazilər əvəzinə status” variantı əsasında aparırıq. Belədirsə, sözlərimdə qəribə, anlaşılmaz nə olub ki?!”

Ermine Nağdalyan prezident Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyanın yaxın rəfiqəsi sayılır. Ermine Nağdalyanın Ermənistan parlamentinin sədr müavini postuna təyinatı bilavasitə Rita Sarkisyanın “təqdimat”ı sayəsində mümkün olduğunu qeyd edilir. Parlamentin sədri Ovik Abramyanın isə Rita Sarkisyanın nəzarətindəki oliqarxlardan biri olduğundan, bu təyinat sürətlə reallaşıb. Həmçinin Nağdalyan Rita Sarkisyanın biznes imperiyasının “mühasib”i kimi də tanınır.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir