“Ermənilər həmişə yalan bəyanatlarla çıxış ediblər. Hər ilin 24 aprelini qeyd edirlər və həmin günü erməni xalqının “soyqrımı” kimi təqdim edirlər. Onlar bununla özlərinin təcavüzkar niyyətlərini gizlətməyə çalışırlar”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli “Saxta erməni soyqırımının növbəti ifşası” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

Yalanlarla dolu erməni soyqırımı iddiasının Türkiyə və Azərbaycan qarşı yönəldiyini deyən İ.Həbibbəyli vurğulayıb ki, Türkiyə dəfələrlə belə bir hadisənin olmadığını bəyan edib: “Türkiyə tərəfi deyir ki, həmin tarix yenidən araşdırıla bilər. Amma ermənilər bunu etmirlər. Çünki özləri də bunun yalan olduğunu bilirlər”.

Onun sözlərinə görə, ermənilər XX əsrin əvvələrində dinc Azərbaycan əhalisinə divan tutublar: “Qubada, Bakıda, hətta daha geniş ərazidə insanları soyqırıma məruz qoyublar. Ermənistan Dağlıq Qarabağda da vəhşilik edib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində biz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dünyaya çatdırırıq. Bu iş uğurla davam etdirilir. Son günlər təmas xəttində baş verənlər Azərbaycan ordusunun güclü olduğunu, xalqın dövlətin ətrafında birləşdiyini göstərdi. Əgər ermənilər Qafqazda yaşamaq istəyirsə, çirkin niyyətlərindən əl çəkməlidirlər. Azərbaycan xalqı sülhün tərəfdarıdır. İnanırıq ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək, haqq-ədalət bərpa olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın