Bu gün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun daha bir əsgəri məhv edilib. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Xocavənd istiqamətində baş verən atışma zamanı Armen Qriqoryan adlı erməni hərbçi ölüb. Hazırda faktla bağlı Ermənistanın Müdafiə Nazirliyində araşdırma aparılır.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi ötən gecə yaydığı məlumatda daha bir əsgər – Hamlet Hacoyanın da atışma nəticəsində öldüyünü açıqlamışdı.

Bu gün – 15 apreldə Ermənistan atəşkəsi 110 dəfə pozub

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 118 dəfə atəş zərbəsi endirib.

Ermənistan İtkilərinin Saymaqda Davam Edir

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Dağlıq Qarabağda ölən daha bir erməni hərbçisinin adını və şəklini dərc edib.

Məlumata görə, məhv edilən erməni döyüşçü 37 yaşlı İrəvan sakini Masis Tovmasyandır. Bununla da erməni tərəfi hələlik 89 silahlının öldüyünü etiraf edib.

***
Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağdakı döyüşlərdə erməni tərəfinin ciddi itki ilə üzləşdiyinə heç bir şübhə olmasa da, düşmən hələ də bunu boynuna almaq istəmir.

Azvision.az bildirir ki, erməni KİV-lərində Qarabağda məhv edilən erməni hərbçilərin bu gün yeni siyahısı açıqlanıb.

Son siyahıya əsasən, cəbhədə məhv edilən erməni hərbçilərinin sayı 88-ə çatıb. Yaralıların sayı isə 122 nəfərdir.

Bundan başqa Exniker və Carkan hərbi hissələrində qulluq edən 10 erməni hərbçisi ilə bağlı indiyədək heç bir məlumat yoxdur. Həmin şəxslərin itkin düşdüyü hesab olunur.

Cəmiyyətin qınağından yan keçmək üçün hərbçilərin bir hissəsinin itkin düşdüyünü bəhanə gətirib, hətta onların bəzilərinin sağ qalmaq ehtimalının da olduğunu iddia edirlər.

Qeyd edək ki, öldürülənlər Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri olub. Onlar aprel ayının əvvəlində Dağlıq Qarabağda vəziyyət gərginləşdikdən sonra Azərbaycan ordusuna qarşı döyüşmək üçün təmas xəttinə göndəriliblər.

1. Abacyan Robert, 1996, serjant, İrəvan (Ermənistan Respublikası)

2. Аbqaryan Tiqran, 1996, əsgər, Gümrü (Ermənistan Respublikası)

3. Аbraamyan Aram, əsgər, 1996-2016, Artimet, (Ermənistan Respublikası )

4. Аbraamyan Harutyun, 1985-2016, müqavilə ilə xidmət edib, Arequni kəndi (Ermənistan Respublikası)

5. Аbraamyan Robert, 1993, (Ermənistan Respublikası)

6. Аvetisyan Qarnik, 1996, (Ermənistan Respublikası)

7. Аvetisyan Qriqor, 1997 , (Ermənistan Respublikası)

8. Mişa Ağacanyan, 1996, sıravı, Araqatsaton (Ermənistan Respublikası)

9. Аdjiyan Norayr, 1976, Zolakar kəndi (Ermənistan Respublikası)

10. Аyrapetyan David, 1997, 19 yaş, əsgər, Zolakar kəndi (Ermənistan Respublikası)

11. Akopyan Rafik, 1996-2016, əsgər, Karmraşen kəndi (Ermənistan Respublikası

12. Аleksanyan Baqrat, 1995, sıravi, 2014-ci ildə həqiqi hərbi xidməyə çağrılıb. İrəvan (Ermənistan Respublikası)

13. Аleksanyan Eduard, 1955

14. Valdimir Alixanyan, əsgər, 1996-2016, Dilican, (Ermənistan Respublikası)

15. Çavuş Arman Seyranoviç Andreasyan. 20 yaş. 2014-ci ildə həqiqi hərbi xidməyə çağrılıb. İrəvan (Ermənistan Respublikası)

16. Polkovnik Aleksan Arakelyan – 1982 – ci ildə anadan olub. İrəvan (Ermənistan Respublikası)

17. Аramyan Suren, 1997, İrəvan (Ermənistan Respublikası)

18. Sıravi Qriqor Qevorkoviç Arutyunyan. 19 yaş. 2015-ci ildə həqiqi hərbi xidməyə çağrılıb. İrəvan (Ermənistan Respublikası)

19. Ağaşi Asatryan, 1996-2016, əsgər, Masis (Ermənistan Respublikası)

20. Аsryan Sedrak, 1972, (Ermənistan Respublikası)

21. Aznaur Balayan, əsgər, 1987-2016, Hadrut (İşğal edilmiş Xocavənd)

22. Beqlaryan Armen, 1973, (Ermənistan Respublikası)

23. Siravi Tiqran Eduardoviç Berakçyan. 19 yaş. 2015-ci ildə həqiqi hərbi xidməyə çağrılıb. İrəvan (Emənistan Respublikası)

24. Qevorq Vardanyan, 20 yaş, əsgər, Gümrü (Ermənistan Respublikası)

25. Xraç Qalstyan 1991-2016, Baş leytenant , Gümri (Ermənistan Respublikası)

26. Saşa Qalstyan, kiçik çavuş, 1996-2016, Metsamor şəhəri (Ermənistan Respublikası)

27. Qasparyan Armen, 1974, (Ermənistan Respublikası)

28. David Qasparyan, 37 yaş, baş gizir. Stepanakert (İşğal edilmiş Xankəndi)

29. Qasparyan Norik, 1996 , (Ermənistan Respublikası)

30. Gevorqyan Andranik, 1986 , (Ermənistan Respublikası)

31. Ayk Qriqoryan, leytenant 1993-2016, Kiş, Martuni (İşğal edilmiş – Füzuli)

32. Qriqoryan maksim, 1986, (Ermənistan Respublikası)

33. Qriqoryan Onik, 1978, (Ermənistan Respublikası)

34. Karen Davtyan, 1981-2016, müqavilə ilə xidmət edib, Vanadzor vilayəti (Ermənistan Respublikası)

35. Danqyan Serqey , 1958, (Ermənistan Respublikası)

36. Benjamin Eqoyan, kiçik leytinant, 1992-2016, İrəvan (Ermənistan Respublikası)

37. Erznkyan Mqer, 1995, (Ermənistan Respublikası)

38. Sıravi Jora Yesayan – 1996 – ci ildə anadan olub. İrəvan (Ermənistan Respublikası)

39. Vaqe Zakaryan, əsgər, 1995-2016, Razdan şəhəri (Ermənistan Respublikası)

40. Zoqrabyan Andranik, 1996, (Ermənistan Respublikası)

41. Ruben İskəndəryan, çavuş 1993-2016, İrəvan (Ermənistan Respublikası)

42. Karibyan Qrant, 1947, (Ermənistan Respublikası)

43. Henrik Qahramanyan, 1996-2016, çavuş, Masis vilayəti (Ermənistan Respublikası)

44. Qor Kirokosyan, 20 yaş, əsgər Arevik kəndi (Ermənistan Respublikası)

45. Ovsep Kirakosyan, 28 yaş, komandir, kapitan, Apaqa kəndi (Ermənistan Respublikası)

46. Ovsel Mailyan, mayor, 1978-2016, Hadrut (İşğal edilmiş Xocavənd)

47. Marqaryan Nikoqos, 1963, (Ermənistan Respublikası)

48. Qevorq Mqdesyan, 1996-2016, əsgər, Nor-Açin kəndi (Ermənistan Respublikası)

49. Melkumyan Suren, 1979, (Ermənistan Respublikası)

50. Aramis Mikaelyan, əsgər, 1996-2016, Voskeşat, (Ermənistan Respublikası)

51. Mirzoyan Mayis, 1956, (Ermənistan Respublikası)

52. Qeqam Mkrtçyan, əsgər, 1986-2016, Bank, Mardakert (İşğal edimiş Ağdərə)

53. Narek Mkrtçyan, 20 yaş, sıravi, 1996-2016, Vorotan kəndi Sünik vilayəti (Ermənistan Respublikası)

54. Sasun Mkrtçyan, 1989-2016, əsgər, İrəvan (Ermənistan Respublikası)

55. Rudik Movsisyan, 1976-2016, Mayor, Stepanakert (İşğal edilən Xankəndi)

56. Qraç Muradyan, 1983-2016, müqavilə ilə xidmət edib, İrəvan (Ermənistan Respublikası)

57. Vladimir Nariniyan, 20 yaş, kiçik serjant, Martuni (İşğal edilmiş Füzuli)

58. Karen Nersesyan, serjant. Çarençavan (Ermənistan Respublikası)

59. Nikalyan Eqişe, 1961, (Ermənistan Respublikası)

60. Sıravi Boris Ozmanyan – 1996-cı ildə anadan olub. İrəvan (Ermənistan Respublikası)

61. Poqosyan Roman, 1979, (Ermənistan Respublikası)

62. Parsadanyan Qaqik, 1960, (Ermənistan Respublikası)

63. Çavuş Adam Saakyan – 1996-cı ildə anadan olub. İrəvan (Ermənistan Respublikası)

64. Qərib Saakyan, 1987-2016, Çavuş Toh kəndi (İşğal edilmiş Xocavənd)

65. Sarkis Saakyan, 21 yaş, əsgər, Hrazdan vilayəti (Ermənistan Respublikası)

66. Sıravi Norik Sarkisyan – 1996-cı ildə anadan olub. İrəvan (Ermənistan Respublikası)

67. Vrez Sarkisyan, 1989-2016, müqavilə ilə xidmət edib, Pokr – Masrik kəndi (Ermənistan Respublikası)

68. Sıravi Azat Simonyan – 1996-cı ildə anadan olub, İrəvan (Ermənistan Respublikası)

69. Nver Simonyan, 1990-2016, Çavuş Taqaser kəndi (İşğal edilmiş Xocavənd)

70. Kyaram Sloyan, 20 yaş, əsgər Artaşavan kəndi (Ermənistan Respublikası)

71. Merujan Stepanyan, 23 yaş, baş leytenant, Gümrü (Ermənistan Respublikası)

72. Vardan Tadevosyan, əsgər, 1990-2016, Masis, Haykavan, (İşğal edilmiş Xocavənd)

73. Ayk Torosyan, 31 yaş, rəis, mayor, İrəvan (Ermənistan Respublikası)

74. Armenak Urafanyan, 26 yaş, kapitan, İrəvan (Ermənistan Respublikası)

75. Yuriy Faramazyan, 1996-2016, çavuş Martuni ( İşğal edilmiş Füzuli)

76. Xələfyan Sarqis, 1967, (Ermənistan Respublikası)

77. Suren Çartanyan, könüllü, Lori, Ermənistan Respublikası

78. Aşot Şahbazyan leytenant, Şirak (Ermənistan Respublikası)

79. Viktor Yuzikoviç, 1997-2016, əsgər, Gümrü (Ermənistan Respublikası)

80. Qranr Qaribran, 1947-2016, əsgər, Stepanakert (İşğal edilmiş – Xankəndi)

81. Nodarik Markaryan, 1963-2016, müqavilə ilə xidmət edib, Mardakertin Matagis kəndi (İşğal edilən Ağdərə)

82. Qaqik Melkonyan, 1982-2016, müqavilə ilə xidmət edib, Zolakar kəndi (Ermənistan Respublikası)

83. Harutyun Abrahamyan, 1985-2016, müqavilə ilə xidmət edib, Arequni kəndi (Ermənistan Respublikası)

84. Artak Petrosyan, sıravi, İrəvan (Ermənistan Respublikası)

85. Armen Andreasyan, serjant, (Ermənistan Respublikası)

86. Sıravi Artur Aleksanyan, İrəvan (Ermənistan Respublikası)

87. Gevork Arutyunyan, sıravi, Erebuni (Ermənistan Respublikası)

88. Sıravi Artur Gevorkyan – 1997-ci ildə anadan olub. İrəvan (Ermənistan Respublikası)

89. Masis Tovmasyan – 1979-cu ildə anadan olub İrəvan (Ermənistan Respublikası)

Ohanyan: “Qoşunlarımız döyüşə hazır gözləyirdi…”

Ermənistan müdafiə naziri Seyran Ohanyan təmas xəttində aprelin 2-nə keçən gecə başlayan döyüşlərin məhz erməni qüvvələri tərəfindən qızışdırıldığını dolayısıyla təsdiqləyən açıqlamalar verib. 

Virtual Azərbaycan xəbər verir ki, Ohanyan Ermənistan televiziyasına müsahibəsində həmin gün erməni qüvvələrinin “müvafiq döyüş hazırlığı vəziyyətində gözlədiyini” deyib.

Ohanyan bildirib ki, Azərbaycan ordusunun “müdaxiləsi” onlar üçün gözlənilməz deyildi , ancaq həmlənin belə irimiqyaslı olacağını gözləmirdilər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan XİN Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlara, dəlillərə əsasən Ermənistanın aprelin 2-i ərəfəsində təmas xəttinə durmadan canlı qüvvə və texnika cəmləşdirdiyini, işğal etdikləri əraziləri genişləndirmək üçün xain hücum planı hazırladığını bildirib. Azərbaycan silahlı qüvvələri düşmənin bu planından xəbərdar olduğu üçün erməni qüvvələri həmləyə başlayan kimi əks-zərbə vurulub.

Ohanyan onu da deyib ki, hazırda onlar Azərbaycan silahlı qüvvələrinin təmas xəttinə doğru irəliləməsini müşahidə edirlər və kəşfiyyat işləyir.

Ohanyan yeni təxribatlara hazır olduqlarına da eyham vurub və deyib ki, təmas xəttində vəziyyəti izləyib “preventiv tədbirlər” görəcəklər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın