Ermənistanda polis əməkdaşına qarşı özünə qəsdən xəsarət yetirmək maddəsi ilə ittiham irəli sürülüb. Bununla bağlı “Novosti Armeniya” xəbər yayıb.

Onu da vurğulayaq ki, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində Ermənistan Polis Qoşunu xidmət edir. Ermənistan İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatında bildirilir ki,  2018-ci il sentyabrın 2-də saxtakarlıqda ittiham olunan polis cəbhə bölgəsində xidmətdən yayınmaq məqsədilə snayper tüfəngi ilə çiyin nahiyəsinə atəş açaraq özünü yaralayıb.

Ermənistan Müdafiə Nazirliyinə polis əməkdaşının Azərbaycan tərəfdən açılan atəş nəticəsində vurulduğu bildirilib.

O, bu əməlindən sonra “Polis qoşunlarında əla xidmətə görə” döş nişanı ilə təltif edilib. 

Ancaq sonra araşdırmalar nəticəsində polisin yalan dediyi, ona verilən 12 güllənin boş yerə istifadə olunduğu məlum olub. Əldə edilən dəlil-sübutlara görə, hərbi xidmətdən müvəqqəti yayınma, süni sübut yaratmağa çalışma, hərbi mülkiyyəti israf etmək maddələri üzrə cinayət işi başlanılıb, istintaq davam edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın