Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə qalması ilə bağlı qərar verib.

Bununla bağlı “Sputnik Ermənistan” keçmiş prezidentin vəkili Aram Orbelyana qaynaqlanaraq məlumat yayıb.

Vəkilin sözlərinə görə, Köçəryan məhkəmənin həbs müddətini uzatma ilə bağlı qərarından şikayət edəcək.

Xatırladaq ki, R. Koçaryana 2008-ci ildə Ermənistanda kütləvi iğtişaşlar işi üzrə ittiham irəli sürülüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın