Bu gün Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının “RIA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri müavini Viktor Vodolatskiy N.Paşinyanın xarici siyasətdə prioritetinin Rusiya ilə münasibətlər olacağını bəyan etdiyini bildirib.

V.Vodolatskiy deyib ki, N.Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sarkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N.Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın