Bildiyimiz kimi, Qarabağda əsgərlərimizi qətlə yetirən erməni qadın snayperlər var. Bunlar Qarabağ savaşında da fəal iştirak etmişdi, elə indi də çox fəaldırlar. Karabakh War Pictures (Karabakh-WP.com) saytı düşmənin snayper qadınları haqqında kiçik bir araşdırma aparıb və erməni mənbələrindən birində bir snayper qadının bu sözlərinə rast gəlmişdir. Yazını olduğu kimi, təqdim edirik.

“Əslində bir qadının orduda xidmət etməsi o qədər də, asan məsələ deyil. Çünki ətrafınızdakıların böyük hissəsi kişilərdir və siz istər-istəməz problemlər yaşayırsınız. Həm də, ətrafınızdakı kütlənin çoxu sizin vətənsevər qız obrazınıza rişxəndlə baxır. Mən uşaqlıqda ailədə vətənsevər ruhda böyüdülmüşəm. Amma uşaqlıqdakı sevgi hissini, böyüdükcə, tarixi faktları oxuyaraq, inkişaf etdirdim. Və mən yalnız orduda xidmət etməyin vacib olduğu qərarını aldım. Əvvəla onu deyim ki, yaxşı snayper olmaq üçün laqeyd, soyuqqanlı, mərhəmətsiz, kobud, bəzən də tərbiyəsiz olmalı və ən əsası ani qərarlar verib, cəld reaksiya göstərməyi bacarmalısan.Ermənistanda snayper yetişdirən yeni tikilmiş bir məktəb mövcuddur. Ancaq, oraya daxil olmaq üçün, müəyyən tələbləri qarşılamalısan. Düşünürəm ki, snayperliklə bağlı bir dövlət institutu yaradılmalı və o məktəbi bitirənlər burada daha da təkmilləşdirilməlidir. Bizim məktəbin məzunları Yunanistanda bu işi çox yaxşı bilən mütəxəssislərdən də dərs alır və bu çox uğurlu nəticələr verir. Buna görə də, bizim gənclər üçün öz dilini və tarixini bilməkdən əlavə, başqa mədəniyyətlər haqqında da məlumat sahibi olmalıdırlar – bir neçə beynəlxalq dil bilməlidirlər. Düzdü, bilməyənlər də olur ki, səssiz qalaraq, nadir hallarda uğur əldə edə bilir. Mənə həmişə maraqlı olub, savaşdakı qəhrəmanlarımızın döyüş səhnələri və tarixi şəxsiyyətlərimizin həyatı haqqında oxumaq..Bildiyiniz kimi, asan başa gəlməsə də, Artsax savaşını biz qazandıq. Məni bu işə təhrik edən səbəblərdən biri də, azərbaycanlı snayperlərin bizim mülki vətəndaşlarımızı hədəf seçməsidir. Belə götürəndə, onsuz da, mənim üçün fərqi yoxdur. “Atəşkəs var” deyərək, atəşkəsi pozan Azərbaycan türklərini öldürməkdə heç də tərəddüd etmirəm. Bu mənim şəxsi fikrimdir. Başqa kimin nə düşündüyü məni maraqlandırmır. Bəyəndiyim kişi obrazı mənim kimi qısqanc, aydın fikirli və vətənini mənim qədər olmasa da, yetərincə, sevə bilən biri olmalıdır. Qarşıdan yeni il gəlir və mən istərdim ki, bu yeni ildə əsgərlərimizin “buşlat”ı yenilənsin. Bir də, özümə normal erməni kişi arzu edirəm. Bəli, ancaq erməni, çünki əcnəbi millətdən birinə ərə getmərəm. Qadınlar nə istəyər ki, sağlam və xoşxasiyyət bir kişi ilə xoşbəxt həyat sürmək…”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın