Erməni Deputat Mane Tandilyan Bakıda Yalan Danışdı

Avronest-in toplantısına qoşulmaq üçün Azərbaycana gələn Ermənistan parlamentinin deputatlarından biri – Mane Tandilyan yerli jurnalistlərin suallarını cavablandırarkən yalan danışıb. O, erməni vərdişlərinə sadiq qalaraq deyib ki, guya Ermənistanda Azərbaycanın mədəni irsi qorunur, tarixi abidələr yox edilmir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, erməni deputat Mane Tandilyan yalan danışdığını bildiyi halda, tarixi abidələrlə bağlı çəkiliş aparmaq üçün dövlət televiziyasının nümayəndəsini Ermənistana çağırıb.

“Ermənistanda Azərbaycanın mədəni iris qorunur. Bizə inanmırsınızsa, gəlin, çəkiliş edin. Mən parlamentin deputatı kimi Azəırbaycan televiziyasının nümayənsdəsini Ermənistana çağırıram” – erməni deputat deyib.

İşğalçı ölkəni təmsil edən deputatın həqiqətləri danışacağını onsuz da heç kim gözləmirdi. Axı, o, deyə bilməzdi ki, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında bütün maddi-mədəni irs məhv edilir, tarixiniz silinir.

Tarixi faktlar Tandilyanı tamamilə yalanlayır və təkzib edir.

Hər kəs bilir ki, Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, onları dağıdaraq yer üzündən silməyə çalışıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən Xan sarayı və Sərdar (Abbas Mirzə) məscidi ermənilər tərəfindən məhv edilib.

Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb. Onlardan birini – İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini – İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verirlər.

Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçiriblər. Monoetnik erməni dövlətində öncələr azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər.

Məgər Tandilyan bilmir ki, Azərbaycanın işğal altında olan ərazilərində tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimiz erməni vandalları tərəfindən məhv edilib?!

Erməni deputata xatırlatmaq yerinə düşər ki, Ermənistanın hərbi basqını nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun yaxınlığındakı 7 inzibati rayonu işğala məruz qalıb.

Bundan başqa ermənilər Azərbaycanın 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı məhv edib.

İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki “Dairəvi Məbəd”(1356-1357) və “Türbə”-nin (14-cü yüzillik) nə durumda olması hələ də bilinmir.

Hərbi basqın nəticəsində işğal olunmuş torpaqlarda ilk insan yaşayış yerlərindən olmuş tanınmış Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları indi döyüş məqsədləri üçün istifadə edilərək bilərəkdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayılrayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və başqa milli abidələrimiz yox edilir.

Tandilyanın ağızdolusu təriflədiyi Ermənistanın valdalizmi nəticəsində Qarabağ ərazisində olan qədim qəbiristanlıq, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsi, Ağdamda Pənah xanın imarəti, Cümə məscidi, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd sarayları, məscidləri, ziyarətgah və ibadətgahlar, daş heykəllər, qədim qəbirlər, kurqanlar, tarixi abidə olan yaşayış binaları dağıdılıb.

Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi terroru sübut edən faktların siyahısı daha da artırmaq olar. Yuxarıda saydıqlarımız isə bunlardan yalnız bir neçəsidir.

Haqlı olaraq sual olunur: Bütün bunlar vandalizm deyil, bəs nədir? Erməni parlamentarinin dediyi qorunan abidələr hanı?

Məsləhət görərdik ki, erməni deputat tarixə bir nəzər salsın və təmsil etdiyi ölkənin necə işğalçı və talançı olduğunu öyrənsin.

Qeyd edək ki, sabah erməni deputatlar Bakıya gəzintiyə çıxacaqlar. Onlar Bakının gəzməli-görməli yerlərində olduqdan sonra, çox güman ki, şəhərin mərkəzində yerləşən erməni kilsəsinə də baş çəkəcəklər.

İnanmaq istərdik ki, xanım Tandilyan Azərbaycanda erməni kilsəsinin necə saxlanıldığını gördükdən sonra, danışdığı yalanlara görə xəcalət çəkəcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir