Türkiyənin ən böyük özəl media qruplarından olan Doğan Medianın sahibi Aydın Doğanın kürəkəni Mehmet Ali Yalçındağ ilə TC prezidenti Rəcəb Təyyub Ərdoğanın kürəkəni, Energetika və Təbii Sərvətlər naziri Berat Albayrak arasında qalmaqal birincinin istefa verməsinə səbəb olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Redhack adlı xaker qrupu 2 kürəkən arasında olan e-mail yazışmaları ələ keçirdiyini iddia edir.

Yazılı bir açıqlama verən “İşimizin başlama tarixi 16 iyun 2016-dır. Daha öncədən sızdığımız AKP-li bir tacirin e-mailinə gələn Berat Albayrak məktubundan, mobil telefonunu və təbii olaraq əməliyyat sistemini öyrəndik. IOS əməliyyat sistemi işlədən Berat Albayrakın e-maili üzərindən qaralama bir çalışmaya başladıq. Hücum üçün C++, Java proqramlama dilləri və Keylogger, MS Office Word Exploit işlədildi. Java kodlanan bir keylogger (klaviatura hərəkətlərini qeydə alan cəsus proqram) proqramını, MS Office Word faylının içinə inteqrasiya edərək özünə, AKP yönətici və nazirlərinin e-mail ünvanları üzərindən saxta bir e-mail yolladıq” ifadələrini bildirdi.

İlk məlumatların 29 iyun günü, Berat Albayrakın iPad-undan gəlməyə başladığını dilə gətirən RedHack, daha sonra iki çətinliklə qarşılaşdıqlarını anlatıb, “Berat Albayraka toplamda 17 tələ məktubu göndərdik. 20 avqustaysa iPhone telefonundan da loglar gəlməyə başladı və əsil vaxt başlamış oldu. E-mail ünvanlarının parolları eyni olduğundan, digər e-maillərinə girmək sorunu yaşamadıq. Doğrulama kodlarını da gecə operasiyalarında təmin edip e-mail arxivindən silərək durumun bilinməsini qısa zaman da olsa əngəllədik. 23 iyulda durumu anladılar və parollar sıfırlandı. Yəqin ki, telefon və tablet də formatlanınca bilgiləri hər kəsə duyurmağa başladıq. Ələ keçirilən toplam 17,3 GB həcmində e-mail, müxalifət mediası ilə paylaşıldı” ifadələrini işlətdi.

E-maillərə görə, xalq arasında müstəqil hesab olunan Doğan Media qrupunun rəhbəri prezidentin kürəkəninə söz verir ki, verilən məlumatlar, onların işıqlandırılması hökumətpərəst yönümdə olacaq.

Cumhuriyyət Xalq Partiyasına (CHP) yaxın olan Cumhuriyyət qəzeti bu məktubların bir hissəsini yayımlayıb.

Yalcındağ Hürriyyət qəzetində dərc olunan bəyanatında bildirir ki, e-maillər onun deyil, “texniki analiz göstərib ki, e-mailləri o yazmayıb və bunlar onun kompyuterindən göndərilməyib”.

Mehmet Ali Yalçındağ bu olayı “saxtakarlıq” adlandırıb, ancaq buna baxmayaraq 30 sentyabrda istefa verib. Aydın Doğan Yalçındağın bu qərarını dəstəkləyib. O bildirib ki, “mən qəti şəkildə mənim kürəkənimə və bizim ailəyə qarşı bu qanunsuz və əxlaqsız hücumu pisləyirəm”.

Haqqin.az-ın yazdığına görə, bir neçə il əvvəl R.T.Ərdoğanla Aydın Doğan arasında yaşanmış qalmaqaldan sonra milyarderin şirkəti Doğan Holdingin 2 milyard vergi öhdəliyi yaranmışdı. Ancaq media-maqnat sonradan bu çətinliyi həll edə bilmişdi..

Doğan Media qrupuna Hürriyyət qəzerti, Kanal D televiziyası, CNN-Türk və başqa tanınmış KİV-lər daxildir. Qrupun tərkibində olan medialar 15 iyul çevriliş cəhdindən sonra prezident Rəcəb Təyyub Ərdoğanı dəstəkləyir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın