Ərdoğana sual verərkən ağlayan ANS-in müxbiri Qənirə Ataşova olub

Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan ABŞ-ın Mariland əyalətində “Diyanət” mərkəzinin açılışında etdiyi çıxışında ANS-in əməkdaşı Qənirə Ataşovanı Türkiyə jurnalistlərinə nümunə göstərib.

“Azərbaycan-Ermənistan sərhəddində atışmalar ciddi şəkildə davam edir və bu insidentlərdə hər iki tərəfin böyük itkiləri olub. Bir az əvvəl azərbaycanlı televiziya əməkdaşı qarşımı kəsdi, onun gözlərində gözyaşı gördüm. Görəsən bizim ölkəmizdəki mətbuatın gözlərində də bu göz yaşını görə biləcəyik?” – deyə Rəcəb Tayyub Ərdoğan bildirib.

ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşova sual verərkən ağlamasının səbəblərini Türkiyə mətbuatına danışdı

ANS-in Amerika Birləşmiş Ştatları (ABŞ) bürosunun əməkdaşı Qənirə Ataşova Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğana sual verərkən ağlamasının səbəbləri barədə Türkiyə mətbuatına danışıb. ANS PRESS-in məlumatına görə, “Anadolu” xəbər agentliyinə müsahibə verən Ataşova deyib ki, şübhəsiz o, jurnalist olaraq öz hisslərini bəlli etməməli idi: “Ancaq, gözünüzün qarşısına gətirin ki, mən də bir anayam, qadınam. Mənim də iki övladım var. Şəhid olan əsgərlər mənin də övladlarımdır. Ona görə də təsirləndim”.

Q. Ataşova bildirib ki, 12 nəfərin şəhid olması barədə xəbər ona məhz Ərdoğanla müsahibədən az əvvəl verilib: “Təxminən 5 aydır vətənimdən uzaqdayam: “Vətənimin çətin günündə o 12 şəhidin analarının, bacılarının yerində özümü hiss etdim. Azərbaycan mətbuatında şəhid xəbərləri çox həssas qarşılanır. Biz Türkiyədəki şəhid xəbərlərini verərkən də çox həssas davranırıq. Bizim jurnalist olmağımız hisslərimizi öldürməliyik mənasına gəlmir. İnsan əvvəlcə öz insanlığını qorumalıdır”.

Jurnalistin Prezident Rəcəb Tayyub Ərdoğanın “Bizim ölkəmizdə mətbuatın gözlərində də bu gözyaşını görə biləcəyikmi?” sözlərini xatırlatmasınına, ANS-in xüsusi müxbiri belə cavab verib:

“Vətən hər şeydən üstündür. Ona xəyanət etmək olmaz. Nə olur olsun vətən sənin canındır, qanındır. Çünki vətənimız olmasa nə edə bilərik ki? ABŞ kimi böyük dövlətlərdə insanlara vətəninə görə hörmət edirlər”.

Söhbət əsnasında Ataşova, Ərdoğanın Azərbaycanda çox sevildiyini və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib: “Şübhəsiz  prezidentin mənim hislərimə bu qədər həssas yanaşmasını gözləmirdim. Ona təşəkkür edirəm. O, mənim gözümdə Azərbaycan qadınlarının, analarının bu gün yaşadıqlarını hiss etdi və bunu bütün dünyaya göstərdi.” dedi.

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərlə bağlı açıqlamaları

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərlə bağlı ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovaya açıqlama verib:

“Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı”.

O, az öncə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefonda danışdığını xatırladıb. “Ondan hadisə ilə bağlı məlumat aldım. 12 azərbayacanlı qardaşımız şəhid olub. Ermənistan tərəfdən 100-dən artıq ölü var. Dualar etdik. İnşaAllah bu döyüşlərdə azərbaycanlı qardaşlarımız ən az itki ilə uğur qazanar”.

Prezident Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində vəziyyətin bu gün gərgin olduğunu qeyd edib. Dövlət başçısı gərəkli köməkliklər göstərməyə davam ediləcəyini deyib.

R.T.Ərdoğan Azərbaycan prezidentinə hərbçi ölümləri ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. Türkiyə prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir