Rusiyada yaşayan məşhur Azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Sbejim v Baku” (Bakıya Qaçaq) adlı yeni mahnısını təqdim edib.
EMIN – Сбежим в Баку (Official Audio) | ПРЕМЬЕРА 2016
Müğənni yeni bəstəni iyulun 9-da və 10-da paytaxtımızda keçiriləcək “Jara” festivalına həsr etdiyini deyib:
“Dostlar, sizlərə yeni, yay mahnımı təqdim etmək istəyirəm. Bəstənin xüsusi təqdimatı “Jara” festivalında olacaq. Bütün ulduzlar bizim iyulun 9-da və 10-da baş tutacaq festivalda toplaşacaq. Dinləyin və pozitiv əhval-ruhiyyəyə köklənin”.
Eminin mahnısında muğam parçasının oxunması bir yenilik olmuşdur. “Jara” festivalında oxuyarkən isə Eminin özünün milli rəqs oynaması çoşqu ilə qarşılandı.
Фестиваль Жара 9.07.16 Эмин “Сбежим в Баку”
Emin mahnının bəstəkarı olan Bəxtiyar Əliyevə (Bahh Tee) də çox sağ ol deyib.