Emin Donald Trampın prezident seçilməsinə təsir etməsi ilə bağlı ittihamlara cavab verdi

Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə təsir göstərməklə bağlı ittihamları cavablandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı TASS agentliyinə istinadla xəbər verir ki, o, bununla bağlı Vice News telekanalına müsahibəsində danışıb.

“Məni Amerikadakı seçkilərə təsir etməkdə ittiham etdilər. Məni, Moskvada yaşayan, Azərbaycandan olan oğlanı. Ona görə ki, mən ABŞ prezidenti Donald Trampı şəxsən tanıyıram. Bu, yetərincə qəribə və gülünc ittihamdır”.

Müğənni yada salıb ki, 2013-cü ildə Rusiyada “Miss Kainat” müsabiqəsinin keçirilməsi ilə bağlı Las-Veqasda Trampla görüşüb. O zaman Tramp Putini də yarışmaya çağırmağı təklif edib.

“O dedi ki, gəlin Putini də yarışa çağıraq”, – Ağalarov deyib.

O qeyd edib ki, bu, Rusiya dövlət başçısının iş qrafikinə görə alınmayıb.

Ağalarov həmçinin, 2016-cı ilin iyununda Nyu-Yorkda keçirilən Donald Trampın böyük oğlu və rusiyalı vəkil Nataliya Veselnitska ilə görüşdə hansı rol oynadığı ilə bağlı sualı cavablandırıb.

“Mən dedim ki, hansısa insanlar səninlə görüşmək istəyir. O, asanlıqla razılaşdı”, – müğənni əlavə edib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir