Emin Azərbaycan Respublikasının 100 illiyi üçün Ana Dilində oxudu

Xalq artisti və biznesmen Emin Ağalarov 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni mahnısını və klipini yayımlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Emin öz YouTube kanalına yerləşdirilmiş mahnısı haqqında yazıb:

“Azərbaycan, Respublika gününün 100 illiyi münasibətilə təbrik edirəm! Bu özəl gündə yeni mahnımı təqdim edirəm”.

Rusiyada yaşayan Azərbaycanlı iş adamı və bəstəkar-müğənni Emin Ağalarov mahnının ikinci yarısını ana dilində oxuyub.

Yada salaq ki, bir gün öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müğənni Emin Ağalarovla birlikdə bir sıra mədəniyyət işçilərinə fəxri adların verilməsi üçün sərəncama qol çəkib.

EMIN – Азербайджан (к 100-летию основания Республики)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir