Tanınmış Azərbaycanlı müğənni Emin Ağalarov model sevgilisi Alyona Qavrilova ilə toy etmək qərarına gəlib və məclisə məşhur rusiyalı ulduzları çağırıb. Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bununla bağlı Ağalarovu toyu münasibətilə təbrik edən dostları və rusiyalı ulduzların sosial şəbəkədəki səhifələrinə istinadən xəbər verir.

Свадьба Эмина Агаларова

Toy mərasimi Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Müxtəlif ölkələrdən gələn məşhur şəxslər, eləcə də Eminin yaxınları və qohumları da malikanəyə toplaşıblar.

Toyda Valeri Meladze, Zara, Vadim Vernik, Katya Lel, Serqey Kojevnikov, Denis Klyaver, Olqa Orlova və başqa tanınmış ulduzlar iştirak edir. Mərasimdə aparıcı və müğənni qismində məşhur rusiyalı ifaçı Vladimir Kuzmin çıxış edir. Çünki o, cütlüyün kumiridir.

Emin Ağalarov World Music Awards, “Azərbaycandan olan ən yaxşı ifaçı”, “Qızıl qrammafon”, “MUZ-TV Mükafatı” və bir çox başqa beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

Ağalarov həm də Qriqori Leps və Sergey Kojevnikovla bir yerdə hər il Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Alyona Qavrilova rusiyalı model və Mordoviyadan olan gözəllik kraliçasıdır. O, Rüstəm Tariko və Eminlə sevgi münasibətləri il məşhurlaşıb.

Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saranskda doğulub. 17 yaşı olanda “Miss Mordoviya-2004” müsabiqəsində iştirak edib və birinci yeri tutub. Bu qələbədən sonra Qavrilova model biznesində çalışmağa başlayıb. İndi həm də iş adamı kimi fəaliyyət göstərir, gözəllik salonun sahibəsidi.

Эмин Агаларов женился на Алене Гавриловой: первые фото со свадьбы, платье невесты и звездные гости.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın