Elxan Şahinoğlu yazır: Donald Trampın Qarabağla bağlı planı nədir?

Azərbaycanlı politoloq Elxan Şahinoğlu ABŞ prezidenti Donald Trampın (Donald Trump) 28 May – Cümhuriyyət bayramımızla bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi iki məktubu qarşılaşdırıb.

Onun sözlərinə görə, məktublarda eyni cümlələr çoxdur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cümlələrdə ciddi fərq var.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, ekspert düşüncələrini Facebookda paylaşıb:

“Donald Tramp 2017-ci ilin may ayında İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer alıb: “Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”.

Tramp builki təbrik məktubunda isə birincisi, Qarabağla bağlı cümlələrin sayını ikiyə çatdırıb, ikincisi, ilk cümləsində nəyəsə işarə edib:

“Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.

Görəsən, Tramp “qarşıdan gələn aylar” dedikdə nəyi nəzərdə tutur?

Politoloq iki versiya irəli sürür: ya Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir, ya da özü qollarını çırmalayaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir.

“Əgər belə bir istək varsa, il boyunca Tramp Azərbaycan və Ermənistan prezidentlərini Ağ Evə çağırmalıdır. Trampın verdiyi sözlərini (Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetirdiyini müşahidə edirik.

Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin boş mahiyyət daşımadığına inanmaq istərdik”, – Elxan Şahinoğlu vurğulayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir