Rio-de Janeyroda keçirilən 2016-cı il XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən cüdoçu Elmar Qasımov final görüşündə çexiyalı Lukas Krpalek ilə qarşılaşıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, 100 kq. çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançımızın finalda bəxti gətirməyib. Beləki, bərabər səviyyədə keçən görüşün sonlarında Qasımov fənd tətbiq etmək istəyərkən, özü əks-fəndlə ippona düşüb və məğlubiyyətə uğrayıb.

Bununla da Azərbaycan cüdoçusu 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının finalında yendiyi rəqibinə uduzaraq, gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın Rio 2016-da ikinci gümüş medalı olub. Bundan öncə cüdoçu Rüstəm Orucov (73 kq) da gümüş medala sahib olub.

Rio 2016-nın Gümüş Medalçısı Elmar Qasımovla Müsahibə

2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan cüdoçusu Elmar Qasımov (100 kq) çexiyalı Lukas Krpaleklə final qarşılaşmasından sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibə verib.

– Olimpiya mükafatçısı olmağın münasibətilə səni təbrik edirik. Görüşlərin necə keçdi?

– Bura olimpiya çempionluğu üçün gəlmişdim. Bir az yorğunluq var idi. Amma burada 2 həftə qaldıqdan və istirahət etdikdən sonra görüşlərə tam hazırlıqlı çıxmışdım. İlk görüşlərimdə fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi. O, üstümə var gücü ilə gəldi. Bilirdi ki, 2-3 dəqiqə ərzində nəsə edəcəyi təqdirdə, məndən üstün ola bilər. O görüşdə var gücümlə vuruşdum. Ayaqlarımda ağrılar, əzələlərimin dartıldığını hiss etdim.

– Bu rəqibi 2009-cu ildə İrəvanda 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa çempionatının finalında məğlub etmişdin. Həmin görüşdəki rəqiblə indiki arasında hansı fərqi görürsən?

– Eyni rəqibdir. Sadəcə, yaşımız artıb. Təbii ki, məndən daha çox artırıb. O görüşdən sonra bir neçə dəfə üz-üzə gəlmişik. Bir dəfə Avropa çempionatının, başqa vaxt isə “Masters” turnirinin finalında görüşmüşdük. Amma üstünlük məndə idi. Çünki daha çox mən qalib gəlmişdim. Amma hazırda elə də dəhşətli dərəcədə güclü deyildi. Digər tərəfdən, yarımfinal və final görüşləri arasında elə də böyük fərq yox idi. Bu da özünü həlledici görüşümdə büruza verdi.

– Hazırda jurnalistlər sənin valideynlərinlə birgədirlər. Buradan Azərbaycana, valideynlərinə hansı mesajları verə bilərsən?

– Təkcə bu nəticəyə görə yox, bütün nəticələrimə görə atama borcluyam. Məni o idmana qoyub, 2007-ci ildə ölkə miqyasında yer tutanadək çox dəstək verib. Atam dəstək olub, anam da həmçinin.

– Avqustun 12-də Azərbaycanın cüdo növündə sonuncu təmsilçisi Uşangi Kokauri tatami üzərinə çıxacaq. Ondan nə gözləyirsən?

– Kokaurinin çıxış etdiyi 100 kq-dan yuxarı çəkidə bir idmançı var ki, 2008-ci ildən sonra cəmi 2 dəfə uduzub. Kokaurinin çempionluq şansları azdır, amma yer tuta bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın