Elmar Məmmədyarov Beynəlxalq Qurumlara Çağırış Etdi

Terrorizm ən ağır cinayətlərdən biridir. Buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanın həssas coğrafi mövqeyi, bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, etnik təmizləmə və ölkənin torpaqlarının işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir.

“1980-ci illərin sonundan başlayaraq, əsassız, qanunsuz torpaq iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə gətirib çıxaran xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib”, – deyə E.Məmmədyarov əlavə edib.

Nazir vurğulayıb ki, silahlı münaqişə bölgələri, özəlliklə də xarici hərbi işğal altında olan torpaqlar, terrorçulara, mütəşəkkil cinayətkar qruplara və şəbəkələrə təbii sərvətlərin istismarı üçün şərait yaradır.

Eyni zamanda, narkotik vasitələrin, mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və başqa əlaqəli cinayətlərdən yararlanmağa gətirib çıxarır.

Nazirin düşündüyünə görə, regional qurumlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malikdirlər. Bununla belə, heç də hamısı, uyğun öhdəliklərə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensiala sahib deyillər.  

“Hər şeydən öncə, regional qurumlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş uyğun qətnamələri yerinə yetirmələri çox önəmlidir.

Onlar həmçinin terror, əlaqəli cinayətkar fəaliyyətlərin, özəlliklə də hər hansı bir bəhanə ilə, dəstəklənməsi, maliyyələşdirilməsi üçün öz torpaqlarından istifadə edilmədiyindən əmin olmalıdırlar”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir