Azərbaycan və Fransa xarici işlər nazairlərinin görüşündə Azərbaycan və Avropa Birliyi (AB) arasında yeni sazişlə bağlı danışıqlarla bağlı müzakirələr aparılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drianla görüşdən sonra mətbuata bəyanatında bildirib.

E.Məmmədyarov deyib ki, Azərbaycan və AB arasında yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyiş var:

“Fransada xahiş etdim  ki, bu işdə üzv ölkə kimi dəstək versin”.

Azərbaycanlı nazirin sözlərinə görə, görüşdə həmçinin, Qarabağ münaqişəsi müzakirə olunub:

“Həm təkbətək, həm də geniş tərkibdə keçirilmiş görüşdə bunu müzakirə etdik. İnanırıq ki, Fransa həmsədrliyi daha da faydalı olacaq və sülh yolu ilə münaqişəni həll edə bilərik”.

Məmmədyarov vurğulayıb ki, tərəflər görüş zamanı iqtisadi məsələlərə də toxunublar:

“Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi bu gün də Fransa ilə Azərbaycan arasında təhsil sahəsində uğurlu  əməkdaşlıq var:

“Sənaye parklarında Fransa şirkətlərinin iştirakı ilə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik. Bu gün Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın