Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hövsan qəsəbəsində çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Nazirlikdən Report İnformasiya Agentliyinə verilən məlumata görə, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərindən toplaşan çirkli suların birbaşa Xəzər dənizinə axıdılması olayı doğrulanıb.

Öz təsdiqini tapmış faktla bağlı əraziyə qulluq göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Suraxanı Su-Kanal idarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın